Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Orqanizmdə A vitamini çatışmazlığı

Tarix: 14-09-2021 09:41     Baxış: 4199 A- / A+
Orqanizmdə A vitamini çatışmazlığı

Orqanizmdə A vitamininin çatışmazlığı əsasən özünü gözlərdə əmələ gətirdiyi patologiyalar ilə göstərir. A vitamini çatmadıqda orqanizmdə aşağıdakı xəstəliklər meydana çıxır:
- konyuktvit
- kseroftalmiya
- hiperkeratoz
- toyuq korluğu.
Bəzi hallarda A vitamini çatışmazlığı yuxarı tənəffüs yolları və bağırsaq xəstəliklərinin gec sağalmalarına səbəb ola bilir.
A vitamini çatışmazlığı az rast gəlinən xəstəliklərdəndir. Bu xəstəlik özünü ən çox xroniki bağırsaq, xroniki qaraciyər, endokrin sistemi və vərəm xəstəlikləri zamanı biruzə verir.
Xəstəliyin əmələ gəlməsi qidalanma ilə əlaqədardır. Belə ki, tərkibində yetrincə A vitamini olmayan qidalarla qidalanan adamlarda bir müddət sonra avitaminoz baş verir. A vitamini orqanizmin turşu mübadiləsini sürətləndirir, cinsi orqanların fəaliyyətini stimulyasiya edir, canlıların boy artmasında yardımçı olur və orqanizmə antoqonist təsir göstərir.
A vitamini (retinol) gözun, dərinin, mədə-bağırsağın selikli qişasını, sidik yollarının fəaliyyətini artırır. Retinolun çatışmazlığı özünü ən çox gözün fəaliyyətində göstərir. A vitamininin azlığında gözün qidalanması və görmə qabiliyyəti zəifləyir.
A vitamini çatışmazlığının əlamətləri hansılardır?
Bu zaman ağız və burun boşluğunda, dəridə quruluq baş verir. Saçların da quruluğa məruz qalması nəticəsində saç tökülməsi baş verir. Sekresiya vəzilərinin ifrazı azalır, göz öz parlaqlığını itirir.
Xəstəliyə diaqnoz qanın tərkibində A vitamininin və karotinin az olmasına əsaslanaraq qoyulur. Xəstənin göz dibinin müayinəsi diaqnozun düzgün qoyulmasını təsdiqləyir.
Müalicə əzələ daxilinə A vitamininin vurulması və tərkibi A vitamini ilə zəngin olan qidalardan ibarət menyunun tərtib olması ilə aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar