Xəbər lenti
“Karantin zamanı tez-tez cinsi əlaqədə olun” – Həkimdən dünyaya məsləhət
Doktor və teleaparıcı Yevgeni Komarovski insanlar üçün uzun karantin müddətinin səbəb olacağı mənfi nəticələrdən danışıb.
Manevr.az xəbər verir ki, ukraynalı həkim izolyasiyanın əsas təhlükələrini "Big Money” adlı "YouTube” kanalına müsahibə zamanı izah edib.
Onun sözlərinə görə, karantin zamanı insanların edə biləcəyi ən təhlükəli şey fiziki aktivliyi həyatlarından kənarlaşdırmaqdır. O, izləyiciləri əllərində olan hər hansı fəaliyyətlə məşğul olmağa, xüsusən də cinsi əlaqəyə tez-tez girməyə çağırıb.
"Evi təmizləyin – mümkün qədər hərəkət edin. Hər gün rəqs edin, mahnı oxuyun, əgər gücünüz varsa, gündə iki dəfə cinsi əlaqədə olun”, – həkim məsləhət verib.
Yevgeni Komarovski həmçinin insanlara az yeməyi də tövsiyə edib: "Karantin əla fürsətdir ki, uşaqlarla və yaşlı qohumlarla ünsiyyət qurulsun. 30 ildir birlikdə yaşayan analarınız və atalarınız artıq çox danışıblar. Birlikdə olmaq onlar üçün çox çətindir. Yemək yeyərkən televizoru yandırmayın və ailənizlə nahar vaxtı da ünsiyyət qurun”.(baku.ws)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar