Xəbər lenti
Vaksinlənən şəxslərdə ağırlaşmaların səbəbi nədir? - Professor
1796-cı ildən, yəni vaksin praktik istifadəyə vəsiqə qazandığı tarixdən başlayaraq, günümüzə qədər viral infeksiyalardan ən etibarlı qorunma vasitəsi peyvənddir. Peyvəndləmə hər il Yer kürəsi əhalisinin 3 milyondan artığını ölümün pəncəsindən xilas edir.
Manevr.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev vaksin olunan şəxslərdəki ağrıların səbəbləri haqda qeyd edib.
O bildirib ki, peyvənd bütün hallarda müvafiq infeksiyanın orqanizmdə “nisbi xəstələnmə modelini” yaradır:
“Odur ki, istənilən halda peyvənddən sonra inyeksiya yerində ağrının olması, hətta bir neçə gün davam etməsi, qızdırma, üşütmə, halsızlıq, ishal, baş, əzələ, oynaq ağısı və s. normal gözləntilərdir. Yəni bunlar peyvəndin yan təsirləri deyildir, yalnız formalaşan immunitetə orqanizmin lokal və ya sistem reaksiyasıdır və qısa müddətdən sonra tamamilə aradan qalxır”.
Həkim bəzən törənən kəskin, hətta korreksiya oluna və nəzarətə götürülə bilməyən reaksiyaların bu cür izah edib:
“1) İstənilən infeksiyaya qarşı əmələ gələn təbii immunitet, yəni bu infeksiyaya tutulub sağalmışlarda əmələ gələn immunitet bu infeksiyaya qarşı ən müasir peyvəndlərin belə əmələ gətirdiyi immunitetdən dəfələrlə güclü olur. Çünki təbii xəstələnmə fonunda orqanizm virusun hansısa bir fraqmentinə qarşı deyil, canlı virusun bütün subvahidinə (örtük təbəqə, matriks və nukleoprotein sırası) qarşı, hüceyrə yaddaşına total şəkldə həkk olunan aktiv immunitet formalaşdırır. Odur ki, mutant ştammından asılı olmayaraq, bütün təkrari yoluxma halında insan bu infeksiyaları çox yüngül, yəni fəsli infeksiya kimi keçirir.
Hazırki pandemiya şəraitində COVİD-19 əleyhinə peyvəndlərin vurulması mütləq şəkildə lazımdır. Lakin bu infeksiyanın istənilən klinik formasını keçirib-sağalmış şəxslərə qoruyucu antitellərin pozitiv titri zamanı peyvənd vurulması məsləhət deyildir, bunu etmək olmaz.
2) “Kəskin təkrari oyanmanın əks effektə səbəb olması” neyro-humoral və immun sistemə münasibətdə mütləq qanunauyğunluqdur. Odur ki, immun sistemin kəskin hiperaktivliyinə səbəb olma ehtimalı 50:50 faiz nisbətində olduğundan, COVİD-19-u xüsusən ağır keçirmiş şəxslərə qoruyucu antitellərin titri neqativ göstəriciyə düşənə qədər vaksin vurulması əks-göstərişdir. Çünki güclü immun aktivliyin vaksinlə təkrari stimulyasiyası, limfositlərin mütləq fəallığı ilə müşahidə olunan immun hiperaktivliyə səbəb ola bilər. Bu da farmakoloji korreksiyası praktik olaraq mümkün olmayan və letal sonluğa səbəb ola biləcək poliorqan (ağ ciyər, böyrək və s.) patologiyası ilə müşahidə oluna bilər.
3) Diddət edin, məhz bu səbəbdən COVİD-19-a yoluxaraq qeydiyyata düşən şəxslərə “immunitet sertifikatı” verilir və onlara peyvənd vurulması 6 ay təxirə salınır. Bu, tamamilə düzgün yanaşmadır.
İndi isə real faktlara baxaq: bu infeksiyanı simptomsuz, zəif klinik əlamətlərlə və ya klinik formasından asılı olmayaraq, evində keçirib, qeydiyyata düşməyən xəstələrin sayı COVİD-19-a yoluxaraq qeydiyyata düşən xəstələrin sayından qat-qat artıqdır (Avropa ölkələrində isə əksinə, infeksiyanı keçirən hər bir şəxs mütləq şəkildə qeydiyyata götürülür, çünki hər şeydən əvvəl, həmin şəxs özü buna cəhd göstərir). Bu halı hər birimiz gözəl bilirik. Hazırki şəraitdə vaksinasiya qeyri-rəsmi olsa da, məcburidir. Belə olan halda xəstəlikdən sağalan, lakin qeydiyyata düşməyən şəxslərin məlum zaman müddəti gözlənilmədən peyvənd olunacağı təqdirdə, onların arasında kəskin klinik əlamət və qeyri-spesifik effektlərin meydana çıxması ehtimalı istisna olunmur. Odur ki, bunu vaksinin ayağına yazıb, peyvəndə qarşı insanlarda inamsızlıq, qorxu və ruhi sarsıntı yaratmaq olmaz. Əksinə, buna məsul olan şəxslər xalqa bu incəlikləri izah etməli və onları maarifləndirməlidirlər. Yəni COVİD-19-la mübarizənin strategiya və taktikası lap ilk gündən düzgün qurulmalı idi”.
Həkim bu hallarda nə etmək lazım gəldiyinə də toxunub:
“a) Peyvəndləmə mütləq şəkildə könüllülük prinsipi əsasında aparılmalıdır. Təbii ki, heç kim ölmək istəmir. İnsanlara bütün reallıqlar izah olunub, onlar düzgün təlimatlandırılsa, bu istiqamətdə mövcud bütün problemlər aradan qalxacaqdır.
b) Hematoloji laborator təhlili və analizlərinin hansı laboratoriyada aparılmasından asılı olmayaraq, peyvənd olunmadığı halda, COVİD-19-a qarşı qoruyucu İgG antitellərinin titrinin pozitivliyi təsdiq olunmuş istənilən vətəndaşımız bu infeksiyaya yoluxub-sağalmış şəxs kimi qeydiyyata alınmalı, onların ad və soyadı portala salınmaqla, həmin şəxslərə immunitet pasportu və vaksinasiyadan məlum möhlət hüququ verilməlidir.
Mən əminəm ki, söylədiyim son iki bəndə əməl olunarsa, biz bir də heç bir vaxt peyvənddən sonra kimsənin ağır vəziyyətə düşməsi haqqında xəbər eşitməyəcəyik”./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar