Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"İlin sonunda pandemiya bitəcək" - Tanınmış həkim

Tarix: 09-09-2021 17:22     Baxış: 3160 A- / A+
 "İlin sonunda pandemiya bitəcək" - Tanınmış həkim


"Hamı soruşur ki, koronavirusun neçə dalğası olacaq? Yaxud vaksinin hər altı aydan bir 4, 5-ci dozalarını da vuracağıq?”.

Bunu tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda demək olar ki, əksəriyyət koronavirusa yoluxub:

"Kimdən soruşursan, deyir mən yüngül keçirmişdim. Bəziləri heç xəbəri də olmadan asimptomatik keçirir, təsadüfi yoxlamada igG (immunoglobulin G) yüksək çıxır. Qalanları da vaksinasiya olunub. Düşünürəm ki, xəstəlik keçirənlərdə və ya vaksinasiya olunanlarda qoruyuculuq 6 ay yox, daha uzun müddətə qalır. Qanda İgG azalsa, ya testlərin təyin edə bilmədiyi səviyyəyə qədər titr düşsə belə, insanda immunitet qalır, eyni zamanda təkrar yoluxanlar xəstəliyi qrip kimi yüngül keçirirlər”.

Mütəxəssis qeyd edib ki, az hallarda təkrar yoluxma ağır keçə bilər:

"Təkrar yoluxmada virus özünü qüvvətləndirici doza vaksin kimi aparır. Həm də hüceyrə immuniteti bu insanlarda 10 ildən də artıq qalacaq. Bundan əvvəlki SARS epidemiyasında yoluxanların qanında indiyədək hüceyrə immuniteti qalır, hələ nə qədər qalacağı isə bilinmir. İndiki COVİD-19 virusunun bu barədə fərqlənəcəyi ilə bağlı əsaslı səbəb yoxdur. Ona görə fikrimcə, çox yaxında 4-cü dalğa, ilin sonuna isə pandemiya ümumiyyətlə bitmiş sayılacaq”.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar