Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vaksinasiyadan imtina edənlərin səbəbləri əsaslıdır? – Həkimdən açıqlama

Tarix: 03-09-2021 17:52     Baxış: 3199 A- / A+
Vaksinasiyadan imtina edənlərin səbəbləri əsaslıdır? – Həkimdən açıqlama

Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda vaksinasiyadan imtina tendensiyası müşahidə edilir. Bəzi sahələrə girişlə bağlı COVİD pasportu tələbi qoyulsa da, peyvənd vurdurmaqdan çəkinənlər kifayət qədərdir. Bu da vaksinlərin ehtimal olunan fəsadlarından irəli gəlir.

Bəs, peyvəndlərlə bağlı narahatlığa əsas varmı?

Manevr.az-ın xəbərinə görə, tibb elmləri doktoru, professor Musa Qəniyev sfera.az-a açıqlamasında qeyd edib ki, dünyada koronavirus əleyhinə istifadə olunan peyvəndlər ya inaktiv, ya da "vektorlu” peyvəndlər qrupuna aiddir:

"Bu peyvəndlərdən heç biri enzim patologiyası olan məhdud insan qrupu istisna olunmaqla, digər şəxslərdə fəsad və xüsusi müdaxilə tələb edən ciddi əlavə effektlərə səbəb ola bilməz. Nəzərə almaq lazımdır ki, bu cür şəxslərdə təkcə COVİD-19 əleyhinə vaksin deyil, istənilən peyvənd və ya dərman preparatları da atipik reaksiyalar törədə bilər”.

Mütəxəssis vaksin vurdurandan sonra halı pisləşən şəxslərdən də söz açıb:

"O ki qaldı, peyvənddən sonra inyeksiya yerində ağrının olmasına, bu, yan təsir yox, formalaşan immunitetin zəruri reaksiyalarıdır. Yəni, orqanizmdə immunitetin yaranmasının təsdiq əlaməti olub, qısa müddətdən sonra azalaraq tamamilə aradan qalxır. Odur ki, COVİD-19 əleyhinə vaksinasiya zamanı müşahidə oluna bilən bu kimi reaksiyalar peyvəndin fəsadı kimi qiymətləndirilməməlidir. Ümumiyyətlə isə, koronavirusdan qorunmanın ən sadə yolu, yalnız adi gigienik tələb və normal ünsiyyət formalarına əməl etməkdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar