Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Arı sancması zamanı nə etmək lazımdır?

Tarix: 02-09-2021 09:11     Baxış: 4155 A- / A+
Arı sancması zamanı nə etmək lazımdır?

Yaz və yay aylrında güllərin çiçəklərin açması, ağacların bar verməyə hazırlaşması onların ətrafında həşəratların yığılmasına səbəb olur. Bu həşəratlar arasında arılar da olur. Arılar isanlar üçün qorxulu sayıldıqlarına görə ən çox da onların həyatı təhlükə qarşısında qalır. Belə ki, arı sancmasından qorxan insanlar arıları öldürməyə çalışırlar.

Ari sancması nadir hallarda ölümə səbəb ola bilir. Arı sancmasının orqanizmə təsiri adətən yerli olur. Bəs arı sancan zaman nə etmək lazımdır?

Mütəxəssislər arıların çox olduğu yerlərdə yaşayan insanlara bədənlərini örtən paltar geyməyi məsləhət bilirlər. Mütəxəssislər hətta, üstünə arı qonan meyvəni yeməyi məsləhət bilmirlər. Çünki, arının tikanı orada olar və ağız boşluğunda xoşagəlməz hadisələr baş verə bilər. Amma əgər sizi arı sancıbsa, o zaman qorxmağa səbəb yoxdur. Düzdür, dediklərimizin arı və arı məhsullarına qarşı allergiyası olan adamlara dəxli yoxdur. Çünki belə adamlarda anafilaktik şok baş verə bilir. Onları arı vuran kimi təcili həkimə çatdırmaq lazımdır. Allergiyası olmayan adamların isə qorxmalarına ehtiyac yoxdur. Onlar ilk növbədə arının tikanının dəridə qalıb-qalmamasına diqqət yetirməli və əgər tikan qalıbsa onu pinset vasitəsilə çıxarmalıdırlar. Həmin yerə düşən arı zəhərini sıxıb çıxarmağa çalışmayın, yara yeri iriləyə və oraya infeksiya düşə bilər. Arı sancan yeri yod və ya spirtli pambıqla silmək kifayətdir. Soyuq buz qoymaq arı sancan yerin şişməməsiə səbəb olur. Buz qoyduqda arının zərəri orqanizm tərədindən gec mənimsənilir və yerli əlamətlər az olur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar