Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlər əsrin bəlasını AÇIQLADI

Tarix: 19-08-2019 22:47     Baxış: 4192 A- / A+
Alimlər əsrin bəlasını AÇIQLADI

Alimlər gənc nəslin virtuala aləmə meyillik və gününün 90% -ni sosial şəbəkələrdə keçirməsini onların səhhəti, psixikası və gələcək həyatında problem yaratması barədə yekdil qəti açıqlama veriblər.

Manevr.az medicina.az-a istinadən bildirir ki, London uşaq sağlamlığı institutunun və İmperiya kollecinin alimləri yeniyetmələrin psixi sağlamlığında sosial şəbəkələrin təsirini araşdırıb. Nəticələr Lanset tibbi jurnalında dərc edilib.

Məlum olub ki, sosial şəbəkələrdə aktiv olan, gündə 5 dəfə daxil olan, ümumilikdə sutkada 5 saatdan artıq virtual aləmdə vaxt keçirən yeniyetmələr normal yuxudan məhrum olur, fiziki aktivliyi azalır, onlarda kiberbullinqin təsirinə düşmək riski artır.

2013-2015-ci illərdə alimlər 13 min yeniyetmə üzərində müşahidə aparıb.

Bu illər ərzində yeniyetmələrin, xüsusən oğlanların sosial şəbəkədə olma müddəti və aktivliyi ilbəil artaraq, 70%-ə çatıb.

Daha çox Facebook, İnstagram, Twitter, Whatsapp, Snapcat və messencerdə olurlar.

Nəticələr sübut edib ki, nə qədər aktiv şəkildə sosial şəbəkələrdə vaxt keçirilirsə, bir o qədər uşaq psixoloji stress keçirir.

Əsas 3 neqativ faktor aşkarlanıb:

-Kiberbullinq
-Yuxu pozulması
-Fiziki aktivliyin azalması

Qızlarda stress səviyyəsi oğlanlardan 2 dəfə çox olmuşdur.

Bu onunla əlaqədardır ki, qızlar daha həssas, qorxaq və hər xırda səbəbə kəskin reaksiya verirlər və özlərini virtual aləmdə qorunma altında hiss etmirlər.

Alimlər valideynlərə tövsiyyə edir ki, onlar realdan çox, elə virtualda övladlarının kiminlə ünsiyyətdə olduğunu izləməlidir.

Yeniyetmələrin yataq otağına smartfonla girməsi qadağa olunmalıdır.

Müşahidələr göstərib ki, yeniyetməlik dövründə virtual dünyada çox aktiv olan insanlar gənclik mərhələsində real dünyadan daha az zövq alır, dünyagörüşü zəif olur, eləcə də xoşbəxt ola bilmirlər.

Ümumiyyətlə, sosial şəbəkələr insanları əsl real xoşbəxtlikdən çox uzaqlaşdırır. Ona görə depressiya və intiharların sayı artır, insanlar real dünyada özlərini tapa bilmirlər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar