Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Gündəlik stress ölüm riskini 5 dəfə artırır

Tarix: 06-05-2026 10:32     Baxış: 3128 A- / A+
Gündəlik stress ölüm riskini 5 dəfə artırırStress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. Bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir.
Manevr.az medicina.az-a istinadən xəbər verir ki, alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsinə səbəb olan uzunmüddətli stress yaşayırlarsa, növbəti altı il ərzində ürək problemlərindən ölmə riski 5 dəfə artır.
Qeyd olunur ki, bu ölümlərə insult, infarkt, ürək tutması və kəskin ürək çatışmazlığı daxil ola bilər. Lakin stressin xərçəng kimi xəstəliklərin inkişafına əlavə təsiri yoxdur.
Qısamüddətli stressin bədənə müsbət təsir göstərdiyinə inanılır, lakin uzunmüddətli stress qan damarlarının funksiyasının pozulmasına və ürək problemlərinə səbəb ola bilər. Həmçinin qan təzyiqini və xolesterol səviyyəsini artırır ki, bu da ürəyə zərərlidir. Stress altında olan insanlar sağlam olmayan qidalar yeməyə, daha çox siqaret çəkməyə və spirtli içki qəbul etməyə meyllidirlər.
VU Universiteti Tibb Mərkəzinin tədqiqatçıları 65 yaşdan yuxarı 861 nəfərin sidikindəki kortizol səviyyəsini ölçdülər. Təhlil 24 saat ərzində bir dəfə aparıldı. Daha sonra onların sağlamlığı altı il ərzində izlənildi.
Məlum olub ki, ən yüksək kortizol səviyyəsinə malik iştirakçıların ürək-damar xəstəliklərindən ölmə ehtimalı beş dəfə çoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar