Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Bu orqanlarda xərçəng səssiz inkişaf edir"

Tarix: 29-07-2025 13:22     Baxış: 480 A- / A+
"Bu orqanlarda xərçəng səssiz inkişaf edir"
Bəzi orqanlarda xərçəng səssiz inkişaf edir.
Manevr.az bildirir ki, bu barədə onkoloq Yevgeni Çeremuşkin xəbərdarlıq edib.
O, bəzi orqanlarda şişlərin simptomsuz və uzun müddət gizli inkişaf etdiyini bildirib. O deyib ki, dəri üzərində yaranan yaralar və düyünlər asanlıqla görünə bilir, lakin qaraciyər, mədəaltı vəzi və böyrək kimi dərin orqanlarda xərçəng pasiyent tərəfindən uzun müddət hiss olunmaya bilər.
Çeremuşkin əlavə edib ki, bu hal beyin şişlərinə də aiddir - ilkin mərhələlərdə heç bir əlamət görünməyə bilər. Vaxtında diaqnoz qoyulması üçün o, hər kəsə mütəmadi tibbi müayinələrdən keçməyi, sidik və qan analizləri verməyi, USM, MRT müayinələri etdirməyi tövsiyə edib. Onun sözlərinə görə xəstəlik tarixçəsinin dəqiq aparılması və mümkün risklərin izlənməsi vacibdir. Onkoloq nümunə olaraq ağciyər xərçəngi riski yüksək olan şaxtaçıları göstərib.
Çeremuşkin bundan əvvəl də yay istirahətinin xərçəng riskini artırdığı barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, günəş şüalarının yayda daha intensiv olması, həmçinin uzunmüddətli günəşə məruz qalmaq immun sistemini zəiflədir, səyahətlər və saat qurşağının dəyişməsi isə bu yükü daha da artırır.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar