Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Kişi ginekoloq 15 yaşlı hamiləni necə xilas etdi? - "Bir əlim işləmirdi" - FOTO

Tarix: 10-07-2025 09:52     Baxış: 4133 A- / A+

Ginekoloq Emin Haqverdiyev bu sahəsini seçdiyinə görə heç vaxt peşman olmadığını söyləyən E.Haqverdiyev karyerasında qarşılaşdığı hadisələrdən söz açıb.
"Günlərin birində bir kişi qucağında qadınla içəri girdi. Qadını müayinə edəndə boru hamiləliyi keçirdiyini gördüm. Borusu cırılmışdı, təcili əməliyyat etdik. Əməliyyat yaxşı keçdi. Daha sonra mənə "işığa doğru gedirdim. Bir şey uça-uça gəlib məni qanadında apardı. O siz idiniz" dedi. Simurq quşu şəklində tatu da etdirmişdi. Hər dəfə bu hadisə yadıma düşəndə tüklərim biz-biz olur", - deyə o bildirib.
Ginekoloq həmçinin Türkiyədə çalışarkən 15 yaşlı hamilə qızı necə xilas etməsindən danışıb:
"Yeniyetmə qızı qarın ağrısı ilə xəstəxanaya gətirmişdilər. Müayinə zamanı 26 həftəlik hamilə olduğunu öyrəndim. Həmin an qıza baxanda ağladığını gördüm. Vəziyyəti yaxınlarına izah edə bilmirdim, çıxılmaz durumda qalmışdım. Onlara "qızın qarnının içini yaxşı görə bilmədim" dedim. Bunu edərək onun həyatını bir müddətlik qoruya bildiyimi düşünürəm. Sonra sosial xidmət orqanlarına xəbər verdik ki, yeniyetməni ailədən izolyasiya etsinlər"./Baku TV

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar