Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

30 yaşdan yuxarı kişilərə süd, pendir olmaz

Tarix: 06-07-2025 12:30     Baxış: 3125 A- / A+

Süd məhsullarına maraq və aşırı içmək kişiləri prostat xərçənginə gətirir.
Manevr.az medicina.az-a istinadən xəbər verir ki, britaniyalı alimlərin yeni araşdırmasına əsasən, 30 yaşdan yuxarı kişilər tərəfindən süd məhsullarının aktiv istehlakı onların prostat vəzi xərçənginə qarşı həssaslığı ilə sıx bağlıdır.
Bildirilib ki, təxminən hər səkkiz kişidən birinə həyatı boyu prostat xərçəngi diaqnozu qoyulacaq. Siqaret çəkmək və piylənmə kimi müəyyən amillər var ki, bu xəstəliyin ehtimalını artırır. Süd məhsullarının yüksək istehlakı" da risk faktoru ola bilər.
Layihənin müəllifləri süd məhsullarının istehlakı ilə prostat xərçəngi arasındakı əlaqəni təhlil edən 33 böyük tədqiqatı araşdırıblar. Alimlər müəyyən ediblər ki, gündə 400 qram və ya daha çox süd məhsulları qəbul edən kişilərdə ümumilikdə prostat xərçəngi riski daha yüksəkdir.
"Prostat xərçəngi riski bütün süd məhsullarının, o cümlədən süd, pendir və yağın istehlakı ilə artıb", - məlumatda qeyd olunub.
Eyni zamanda, bu xəstəlik problemi ilə məşğul olan “Prostat Cancer UK” təşkilatı bildirir ki, kişilərin xərçəngə meylli olmasının səbəbi qidada çox istehlak edilən süd məhsulları ilə yaranan həddindən artıq kalsium ola bilər.
Müxtəlif cinsi partnyorlar kişiləri prostat xərçəngindən qoruya bilər.
Təşkilatın ekspertlərinin fikrincə, kişilər gündə üç porsiyadan artıq süd məhsulları istehlak etməməlidirlər. Bir hissə, məsələn, bir kiçik banka qatıq, bir stəkan süd və ya 30 qramlıq kiçik bir pendir parçasıdır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar