Xəbər lenti
Həkim təyinatı olmadan dərman qəbul edənləri bu təhlükələr gözləyir

Manevr.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev Modern.az-a açıqlamasında dərman zəhərlənmələrinin əsas səbəblərinə toxunub. O bildirib ki, dərmanların həkim məsləhəti olmadan qəbulu ən təhlükəli faktorlardandır:
“İnsanlar çox vaxt hər hansı xəstəliyin əlamətlərini özbaşına dərmanlarla aradan qaldırmağa çalışırlar. Bu zaman dozalanma və istifadə qaydaları düzgün aparılmır. Analgetiklər, sedativlər, antibiotiklər və ürək dərmanları bu baxımdan xüsusi risk daşıyır. Belə dərmanlar həkim nəzarəti olmadan qəbul edildikdə zəhərlənmə və hətta orqan çatışmazlığına səbəb ola bilər”.
Ekspert onu da diqqətə çatdırıb ki, zəhərlənmələrin mühüm bir hissəsi uşaqların ev şəraitində təsadüfən dərman qəbul etməsi ilə bağlıdır:
“Ailələrin dərmanları uşaqların əlçatan yerlərdə saxlaması bu halların sayını artırır. Eyni zamanda, bəzi hallarda saxta və ya keyfiyyətsiz dərman preparatları da ciddi fəsadlara yol açır. Apteklərdə və ya qeyri-rəsmi satış məkanlarında satılan bu preparatlar ya təsirsiz olur, ya da tərkibindəki maddə miqdarı düzgün tənzimlənmədiyindən zəhərlənməyə səbəb ola bilir. Buna görə də dərmanların yalnız rəsmi qeydiyyatdan keçmiş, lisenziyalı apteklərdən alınması tövsiyə olunur”.
Zakir Quliyev əlavə edib ki, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər arasında çoxsaylı dərman preparatlarının eyni anda qəbulu da təhlükəli hesab olunur. Onun sözlərinə görə, bəzi dərmanlar bir-birinin təsirini artıraraq orqanizmə mənfi təsir göstərir və bu da nəticədə zəhərlənmələrə yol açır.
Maneve.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar