Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Həkim təyinatı olmadan dərman qəbul edənləri bu təhlükələr gözləyir

Tarix: 02-07-2025 19:43     Baxış: 3120 A- / A+
Həkim təyinatı olmadan dərman qəbul edənləri bu təhlükələr GÖZLƏYİRİyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 99 nəfər yerləşdirilib. Bu barədə Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, həmin şəxslərdən 37-si dərman, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i isə fosfor üzvi birləşmələrdən zəhərlənib. Ölüm halları isə əsasən sirkə turşusu və dərman zəhərlənmələri nəticəsində qeydə alınıb.
Manevr.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev Modern.az-a açıqlamasında dərman zəhərlənmələrinin əsas səbəblərinə toxunub. O bildirib ki, dərmanların həkim məsləhəti olmadan qəbulu ən təhlükəli faktorlardandır:
“İnsanlar çox vaxt hər hansı xəstəliyin əlamətlərini özbaşına dərmanlarla aradan qaldırmağa çalışırlar. Bu zaman dozalanma və istifadə qaydaları düzgün aparılmır. Analgetiklər, sedativlər, antibiotiklər və ürək dərmanları bu baxımdan xüsusi risk daşıyır. Belə dərmanlar həkim nəzarəti olmadan qəbul edildikdə zəhərlənmə və hətta orqan çatışmazlığına səbəb ola bilər”.
Ekspert onu da diqqətə çatdırıb ki, zəhərlənmələrin mühüm bir hissəsi uşaqların ev şəraitində təsadüfən dərman qəbul etməsi ilə bağlıdır:
“Ailələrin dərmanları uşaqların əlçatan yerlərdə saxlaması bu halların sayını artırır. Eyni zamanda, bəzi hallarda saxta və ya keyfiyyətsiz dərman preparatları da ciddi fəsadlara yol açır. Apteklərdə və ya qeyri-rəsmi satış məkanlarında satılan bu preparatlar ya təsirsiz olur, ya da tərkibindəki maddə miqdarı düzgün tənzimlənmədiyindən zəhərlənməyə səbəb ola bilir. Buna görə də dərmanların yalnız rəsmi qeydiyyatdan keçmiş, lisenziyalı apteklərdən alınması tövsiyə olunur”.
Zakir Quliyev əlavə edib ki, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər arasında çoxsaylı dərman preparatlarının eyni anda qəbulu da təhlükəli hesab olunur. Onun sözlərinə görə, bəzi dərmanlar bir-birinin təsirini artıraraq orqanizmə mənfi təsir göstərir və bu da nəticədə zəhərlənmələrə yol açır.

Maneve.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar