Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Plastik cərrahlardan xəbərdarlıq: Bu estetik əməliyyatlardan imtina edin!

Tarix: 24-06-2025 09:03     Baxış: 477 A- / A+
Plastik cərrahlardan xəbərdarlıq: Bu estetik əməliyyatlardan imtina edin!
Aqressiv üz gərmə əməliyyatları ciddi fəsadlara səbəb ola bilər və onlardan birmənalı şəkildə çəkinmək lazımdır.
Manevr.az xəbər verir ki, bu barədə gazeta.ru plastik cərrahlara istinadən yazıb.
Qeyd edilib ki, bir anda 10-15 il cavan görünməyə çalışmaq tez-tez "maska effekti" yaradır: "Belə hallarda üz həddindən artıq dartılmış, təbii olmayan, daim təbəssüm edən bir ifadə alır. Üstəlik, limfa axınının pozulması nəticəsində ödem və digər ağırlaşmalar yarana bilər. Əvəzində daha məqsədli və yumşaq texnikalarla yalnız ayrı-ayrı sahələrin korreksiyası daha effektiv olur və üz cizgilərinin fərdiliyini qoruyur".
Bildirilir edib ki, rinoplastika da yüksək dəqiqlik və anatomiya biliyi tələb edən mürəkkəb əməliyyatlardandır.
"Yanlış icra olunan rinoplastika nəfəs almaqda çətinlik, simmetriya pozğunluğu və digər estetik qüsurlara səbəb ola bilər. Əgər qərarınızdan əmin deyilsinizsə və uzun reabilitasiya dövrünə hazır deyilsinizsə, bu əməliyyata razılıq verməyin. Xüsusilə də, dəbdə olan ifrat dərəcədə qısa və dik burun formasına can atmaq çox vaxt süni və gülməli nəticələr verir", deyə nəşr yazıb.
Həkimlər bədənin müxtəlif nahiyələrində - döş, omba və digər hissələrdə implantla həcm artırılmasının da riskli olduğunu vurğulayır:
"Nəzarətsiz həcm artırmaları çapıqlara, infeksiyalara, hətta onkoloji xəstəliklərə qədər gedib çatan ağırlaşmalar yarada bilər".
İstənilən estetik müdaxilə öncəsi risklər və üstünlüklər hərtərəfli dəyərləndirilməli, bir neçə mütəxəssislə məsləhətləşmələr aparılmalı və anlayışlı qərar verilməlidir: "Əsas məqsəd qeyri-real gözəllik standartlarına çatmaq deyil, zahiri görünüşdə harmoniya yaratmaq olmalıdır". (Qaynarinfo)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar