Çexiyada polis internetdəki videolardan istifadə edərək xəstələri müalicə edən gizli ailə stomatoloji klinikasının üstünü açıb.
Xarici mətbuatın məlumatına görə, üç nəfərdən ibarət ailə - 50 yaşlı tibb bacısı, onun 44 yaşlı əri və 22 yaşlı oğlu - tibbi icazə olmadan iki il ərzində öz evlərində tibb məntəqəsi açaraq xəstələri müalicə ediblər.
"Oğul internetdəki təlimatlardan istifadə edərək dişləri çəkib müalicə edib, anası kömək edib, atası isə protezlər düzəldib", - məlumatda vurğulanır.
Fırıldaqçılar işlərinin gedişində həbs olunana qədər dörd milyon çex kronu (30 min dollardan çox) qazanıblar. Araşdırmaya səbəb xəstələrdən birinin əsl stomatoloqa müraciəti olub.
Hər üç şəxs qanunsuz sahibkarlıq, fiziki zərər vurma və narkotik vasitələrin istehsalı ittihamları üzrə özünü təqsirli bilib. Onları 8 ilə qədər həbs gözləyir. Polis onlarla insanın ailə cinayət qrupunun qurbanı olduğunu deyir.
Xəbər lenti
Ailənin gizli stomatoloji klinikası: 30 mindən çox qazandılar

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar