Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Gün eynəyi seçərkən nələrə diqqət etməliyik?

Tarix: 16-06-2025 18:13     Baxış: 3102 A- / A+
Gün eynəyi seçərkən nələrə diqqət etməliyik? 
Yay aylarında gün eynəkləri əsasən günəş şüalarından qorunmaq məqsədilə istifadə olunsa da, onu sadəcə aksesuar kimi taxanlar da kifayət qədərdir.
Lakin bir çox insan gün eynəyi seçərkən yalnız görünüşə üstünlük verir, funksionallığı və qoruyuculuq səviyyəsini isə nəzərə almır.
Bəs doğru gün eynəyini necə seçməliyik? 

1. UV (ultrabənövşəyi) qoruması əsas şərtdir

Eynək mütləq 100% UVA və UVB şüalarından qoruma təmin etməlidir. Sadəcə qaranlıq şüşələr göz bəbəyini genişləndirə bilər və bu zaman əgər UV qoruması yoxdursa, daha çox zərər verir.
2. Polarizasiya: rahat görmə üçün
Polarizasiya xüsusilə avtomobil sürənlər və açıq havada uzun müddət olanlar üçün vacibdir. O, səthlərdən əks olunan parıltıları azaldır və daha aydın görmə təmin edir.
3. Göz quruluşuna və üz formasına uyğun olmalıdır
Eynək yalnız şık deyil, göz çevrəsini yaxşı örtməlidir. Gözlə eynək arasında boşluq qalmamalıdır ki, gün şüaları kənarlardan daxil olmasın.

4. Keyfiyyətli material və marka

Bazarda çoxsaylı ucuz, markasız eynəklər var. Bu cür eynəklər göz sağlamlığınız üçün təhlükə yarada bilər. Təbii ki, bahalı olması keyfiyyət göstəricisi deyil, amma tanınmış və sertifikatlı markalar daha etibarlıdır.
5. Saxta eynəklərdən uzaq durun
Bəzi saxta eynəklərdə “UV qoruması var” yazılsa belə, real qoruyuculuq yoxdur. Bu cür məhsullar sadəcə gözləri qaranlıq göstərir və aldadıcı “rahatlıq” yaradır. Saxta eynəklər isə göz torluğuna və bəbəyinə ciddi zərər verə bilər.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar