Xəbər lenti
Günə meyvə yeyərək başlamağın FAYDALARI

Səhəri hansı yeməklə açmağımız, gün ərzində bədənimizin necə işləyəcəyinə birbaşa təsir göstərir. Bəziləri günə tostla, bəziləri yumurta ilə, bəziləri isə sadəcə bir fincan qəhvə ilə başlayır. Son dövrlərdə isə çoxları səhər yeməyində meyvə yeməyin faydalarına maraq göstərir.
Günün ilk yeməyi meyvə olmağının bədənə faydaları:
1. Həzm sistemi üçün incə bir oyanış
Meyvələr tərkibində çoxlu lif ehtiva edir. Səhər acqarına meyvə yemək, bağırsaqları yüngülcə hərəkətə gətirir və həzm sistemini "yumşaq rejimdə" işə salır. Xüsusilə alma, armud və kivi kimi lifli meyvələr bağırsaqların təmizlənməsinə kömək edir.
2. Sürətli və təbii enerji mənbəyi
Meyvələrdəki təbii şəkərlər – fruktoza və qlükoza – bədənin enerjiyə sürətlə keçməsini təmin edir. Bu da deməkdir ki, səhəri meyvə ilə açmaq beyni oyadır, diqqəti artırır və halsızlığın qarşısını alır. Qəhvə yerinə portağal və ya banan daha davamlı enerji verir.
3. Detoks effekti yaradır
Acqarına meyvə yemək bədəndə toplanan toksinlərin atılmasına yardımçı ola bilər. Sitrus meyvələri (limon, naringi, qreyfurt) xüsusilə qaraciyəri stimullaşdırır və orqanizmin təmizlənməsinə təkan verir.
4. Arıqlamaq istəyənlər üçün ideal seçim
Meyvə ilə səhər yeməyi daha az kalori ilə doymaq imkanı verir. Lifli strukturu sayəsində toxluq hissi yaradır və gün ərzində lazımsız qəlyanaltıların qarşısını alır. Xüsusilə endomorf bədən tipinə sahib olanlar üçün bu metod çox faydalıdır.
Lakin diqqətli olmalı olduğumuz məqamlar da var:
Şəkər xəstələri və insulin müqaviməti olanlar üçün səhər acqarına meyvə bəzən qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Bu halda meyvəni protein və ya yağla birlikdə yemək daha balanslı olar.
Həddindən artıq meyvə isə günə yüksək fruktoza ilə başlamaq deməkdir ki, bu da uzun müddətdə qaraciyərdə yağlanmaya səbəb ola bilər.
Bəs hansı meyvələr səhər üçün ideal seçimdir?
- Alma – qan şəkərini stabilləşdirir
- Kivi – C vitamini bombası
- Banаn – kaliumla zəngindir, tox saxlayır
- Naringi – yağ yandırıcı təsirə malikdir
- Çiyələk – antioksidant baxımından zəngindir.ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar