Yaponiyalı mütəxəssislər müəyyən edib ki, ağcaqanadlar ən çox 0 qan qrupuna malik insanlara hücum edir və bu insanlar digərləri ilə müqayisədə ikiqat risk altındadır.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, Zərərvericilərlə Mübarizə İnstitutunun araşdırmasına görə A qan qrupu olan şəxslər daha az, B qan qrupu olanlar isə orta səviyyədə risk altındadır. Dişi ağcaqanadlar qurban seçərkən insanın bədənindən yayılan kimyəvi maddələrə əsaslanır.
Florida Universitetinin entomoloqu Conatan Dey bildirib ki, ağcaqanadlar üçün ən güclü cəlbedici amil karbon qazıdır. Metabolizması sürətli olan insanlar daha çox karbon qazı ifraz etdiyindən, onlar ağcaqanadlar üçün daha cazibədar olur. Bu həşəratlar karbon qazını 60 metr məsafədən hiss edə bilir.
Tədqiqatda o da qeyd olunub ki, bədən istiliyi, idman zamanı yaranan laktik turşu, dərialtı qan damarlarının görünməsi və hətta geyim rəngi də ağcaqanadların seçimində rol oynayır. Qara və tünd rəngli paltar geyinənlər isə daha çox hədəfə çevrilir.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar