Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Tutun sağlamlığımıza faydası

Tarix: 01-06-2025 08:35     Baxış: 3134 A- / A+



Tut yazın axırları və yayın əvvəlində yetişən ən dadlı və faydalı meyvələrdən biridir.
Manevr.az xəbər verir ki, istər hər mövsümdə qurusu, istərsə də mövsümündə təzə halda yeyilən tut orqanizm üçün faydalıdır.
Tərkibində A, E, C və K vitaminləri olan bu meyvə zülal baxımından çox zəngindir və eyni zamanda kalsium, dəmir mənbəyi hesab olunur.
Tut tərkibindəki antioksidanlar sayəsində xərçəng riskini azaldır. Qan təzyiqini artırmağa və balansda saxlamağa kömək edir.
Tərkibindəki yüksək miqdarda dəmir sayəsində ürək xəstəliklərinin qarşısını alır və qan azlığı problemini aradan qaldırır.
İmmunitet sistemini gücləndirən tut, tərkibindəki bol C vitamini sayəsində soyuqdəymə, qrip kimi xəstəliklərin də sağalmasına kömək edir.
Bu meyvə antioksidantlar sayəsində dərini cavanlaşdırır və nəmləndirməyə kömək edir. Ağız və diş sağlamlığının təmin olunmasına, saçların canlanmasına müsbət təsir göstərir.
Qara tut həzmi yaxşılaşdırır, diabet, qanazlığı və orqanizmin ümumi zəifliyində çox faydalıdır. Ağ tut isə tərkibində dəmirin miqdarı çox olduğundan qan artıran xüsusiyyətə malikdir və qanın keyfiyyətini yaxşılaşdırır.
İstər ağ, istərsə də qara tut yaşlanmanı gecikdirir, dərini daha təravətli saxlayır.
Beləliklə tut: 
Qan şəkərini balanslaşdırmağa kömək edir.
Xərçəngdən qoruyur.
İmmunitet sistemini gücləndirir.
Həzmi dəstəkləyərək mədə narahatlığını aradan qaldıra bilər.
Tərkibindəki antioksidant sayəsində hüceyrələri qoruyaraq qocalmanı gecikdirir.
Qan dövranını dəstəkləyərək ürək sağlamlığını qoruyur.
Qaraciyər funksiyasını dəstəkləyir və toksinləri atmağa kömək edir.
Tənəffüs yollarını rahatlaşdıraraq öskürək və boğaz ağrısını aradan qaldırır.
Dərinin sağlamlığını dəstəkləyərək sızanaqların əmələ gəlməsinin qarşısını alır.
Sümük sağlamlığını dəstəkləyərək osteoporoz riskini azaldır.
Saç sağlamlığında da mühüm rol oynayır.qafqazinfo 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar