Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Qarpızı pendirlə birlikdə yeməyin faydaları

Tarix: 27-05-2025 15:36     Baxış: 4149 A- / A+

Yay aylarının sevilən, sərinləşdirici və şirin meyvəsi olan qarpızın sağlamlığa təsirləri geniş şəkildə araşdırılıb. Mütəxəssislər isə bu meyvənin pendirlə birlikdə istehlakının faydalarını xüsusi vurğulayırlar.
Manevr.az xəbər verir ki, Qidalanma və Pəhriz Mütəxəssisi Dyt. Betül Yurdakul yay mövsümündə qarpızın həm dadı, həm də faydaları ilə seçildiyini bildirib:
"Qarpızın 92 faizi sudan ibarətdir. Tərkibindəki A, B1, B5, B6, C vitaminləri, kalium, dəmir və lif sayəsində xərçəngdən dərinin cavan qalmasına, saçları qidalandırmaqdan arıqlamağa qədər bir çox fayda təqdim edir".
Ancaq qarpız yüksək glisemik indeksə sahib olduğundan, onu istehlak edərkən porsiya miqdarına diqqət yetirilməlidir. Dyt. Yurdakulun sözlərinə görə, 280 qramlıq (təxminən 2 dilim) bir porsiyada 80 mq şəkər, 27 mq şəkər, 17 qram A vitamini, 21 qram C vitamini, 4 qram dəmir və 1 qram lif mövcuddur.
Qarpız və pendirin birlikdə istehlakının isə daha bir üstünlüyü var. Bu iki qidanın bir yerdə yeyilməsi toxluq hissini artırır və qan şəkərini tarazlayır. Pendirin zülal tərkibi qarpızın şəkər təsirini tarazlayaraq enerji səviyyəsini sabit saxlamağa kömək edir.
Dyt. Yurdakul əlavə edib:
"Qarpız tərkibindəki A və C vitaminləri sayəsində dəri və saç üçün də çox faydalıdır. Kollagen istehsalını artırır, dərini canlı və elastik saxlayır. Bundan əlavə, maqnezium miqdarı yüksək olduğuna görə yuxu keyfiyyətini də artırır."
Qarpız həmçinin qəbizliyin qarşısını alır, orqanizmin su balansını tənzimləyir və ürək-damar sağlamlığına da müsbət təsir edir. Onun tərkibindəki likopen və antioksidantlar isə immun sistemini gücləndirir və bəzi növ xərçənglərə, xüsusilə prostat xərçənginə qarşı qoruyucu təsir göstərir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar