Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda donor olmaq istəyənlərin SAYI AÇIQLANDI

Tarix: 19-05-2025 15:03     Baxış: 2269 A- / A+


Azərbaycanda donor olmaq istəyənlərin SAYI AÇIQLANDI
Uzun illərdir ki, ölkəmizdə orqan donorluğu mövzusu həm etik, həm də tibbi baxımdan müzakirə olunur. Bir tərəfdən həyatını itirməyə yaxın olan xəstələr üçün yeganə ümid bəzən bir donor olur, digər tərəfdən isə cəmiyyət arasında bu addımı atmağa psixoloji və dini yanaşmalar təsir göstərir. Lakin son dövrlər müşahidə olunan rəqəmlər göstərir ki, Azərbaycanda bu sahəyə münasibət dəyişməyə başlayıb.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən verilən məlumata görə, indiyədək donor olmaq üçün 200-ə yaxın şəxs müraciət edib:
“Mərkəzin nümayəndələri bildiriblər ki, müraciət edənlərin əksəriyyəti bütün orqanlarını bağışlamağa hazır olduqlarını bəyan ediblər.
Bu, ölkədə orqan transplantasiyası sahəsində maariflənmənin artdığını və ictimai dəstəyin getdikcə gücləndiyini göstərir. Mütəxəssislər hesab edirlər ki, vətəndaşların könüllü şəkildə donor olmağa razılıq verməsi bir neçə il öncə ilə müqayisədə ciddi irəliləyişdir və bu, gələcəkdə daha çox insanın həyatının xilas edilməsinə şərait yaradacaq”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar