Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Çayı belə içmək xərçəng yaradır

Tarix: 05-05-2025 22:19     Baxış: 3140 A- / A+

Səhər yuxudan oyanan kimi əlimizin uzandığı ilk şey adətən bir stəkan dəmli çay olur. Xüsusilə Azərbaycan mədəniyyətində çayın yeri ayrıdır; səhər yeməyində, qonaqlıqda, istirahətdə... 
Ancaq bir çoxumuz fərqinə varmadan sağlamlığımızı təhlükəyə atırıq. Çünki çox adam əvvəlki günün dəmlədiyi çayı ertəsi gün yenidən qızdırıb içir. Halbuki bu məsum görünən vərdiş, ciddi sağlamlıq riskləri yaradır.
Alimlər bildirir ki, çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməzsə, təkcə dadını yox, həm də qida dəyərini və təhlükəsizliyini itirir. Otaq temperaturunda və ya ocaq üstündə uzun müddət qalan çayın tərkibindəki faydalı maddələr oksidləşir, bu isə həm rəngini qaraldır, həm dadını acıdır, həm də antioksidant xüsusiyyətlərini yox edir.
Çay boyatladıqca içində zərərli maddələr, xüsusilə də nitrit adlı toksik birləşmələr yaranır. Bu maddələr çox qəbul edildikdə mədə problemlərindən tutmuş immunitetin zəifləməsinə qədər bir çox xəstəliyə səbəb ola bilər. Üstəlik, isti yay günlərində açıqda qalan çay bakteriyaların çoxalmasına şərait yaradır ki, bu da bağırsaq pozğunluqlarını qaçılmaz edir.
Bəzi insanlar qənaət məqsədilə çayı yenidən qızdırıb içsə də, mütəxəssislər xəbərdarlıq edir: çayı dəmlədikdən sonra 45 dəqiqə ərzində içmək doğrudur. Gecədən qalan çayı içmək yerinə, təzə dəm hazırlamaq həm sağlamlığınız, həm də çaydan zövq almağınız üçün ən yaxşı seçimdir.
Unutmayın: çay nə qədər təzədirsə, bir o qədər faydalıdır. Bayat çay isə zərərsiz görünsə də, zamanla sağlamlığınıza zərər vura bilər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar