Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq

Tarix: 28-04-2025 12:09     Baxış: 3126 A- / A+
Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
"Veyp çəkməyə başlayan insanların ağciyərlərində iltihab (EVALI) simptomları adətən üç ay ərzində inkişaf edir. Bu müddət veypin ağciyərlərdə ilk zərərli dəyişikliklərə səbəb olması üçün minimal hesab olunur. Lakin veypdən istifadə müddəti uzandıqca ağır fəsadlar riski də artır".
"İzvestiya" xəbər verir ki, bu barədə rusiyalı onkoloq Andrey Nefedov danışıb.
Həkimin sözlərinə görə, veyp çəkdikcə ağciyərləri qoruyan və təmizləyən makrofag hüceyrələri bədənə daxil olan toksinləri həddindən artıq toplayır. Bu toksinlər hüceyrələr tərəfindən parçalanmadığından ağciyər toxumasında iltihab yaranır və nəfəs kisəciklərində (alveollar) qaz mübadiləsi pozulur. Nəticədə EVALI inkişaf edir ki, bu da nəfəs darlığı, hərarət, döş qəfəsində ağrı, ürəkbulanma, qusma və güclü yorğunluqla özünü göstərir:
"Əgər vaxtında müalicəyə başlanılsa və veyp istifadəsi dayandırılsa, ağciyərdəki iltihabı aradan qaldırmaq və tənəffüs funksiyasını bərpa etmək mümkündür. Ancaq ağır hallarda EVALI ciddi nəfəs problemlərinə, hətta ölümə səbəb ola bilər".
Həkim əlavə edib ki, yayılan fikirlərin əksinə olaraq, veyp və elektron siqaretlər adi siqaretlərə təhlükəsiz alternativ deyil. Bu cihazlar nikotin və toksik maddələr — E vitamini asetatı, diasetil, formaldehid və asetaldehid kimi zərərli birləşmələr ehtiva edir.
"Bəziləri adi siqaretlərlə yanaşı veyp də çəkir. ABŞ-dəkı Con Hopkins Universitetinin alimlərinin araşdırmasına görə, belə vərdiş hipertoniya (yüksək qan təzyiqi), şəkərli diabet və xroniki obstruktiv ağciyər xəstəliyi (XOAQ) riskini artırır", - deyə o bildirib.ölkə.az

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar