Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Dişlərini itirmiş insanlar üçün yeni ümid

Tarix: 27-04-2025 10:31     Baxış: 4135 A- / A+
Dişlərini itirmiş insanlar üçün yeni ümid
Alimlər ilk dəfə insan və donuz hüceyrələrinin kombinasiyası ilə yeni dişlər yetişdiriblər.
Manevr.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Stem Cells Translational Medicine" jurnalında dərc olunub.
Bildirilir ki, Tafts Universitetinin Stomatologiya Məktəbindən professor Pamela Yelik və komandası insan diş pulpası hüceyrələri ilə donuzların çıxmamış dişlərindən alınan epitel hüceyrələrini birləşdirərək yeni dişəbənzər strukturlar yetişdirməyi bacarıb. Hüceyrələr xüsusi karkasa yerləşdirilərək yetkin donuzların çənəsinə implantasiya olunub.
Bir neçə ay sonra bu bio-istehsal edilmiş dişlər təbii dişlərin inkişaf mərhələlərindən keçib.
"Biz tamamilə insan dişinə bənzəyən gözəl kiçik dişlər yetişdirdik", - deyə Yelik vurğulayıb.
Tədqiqatçılar gələcəkdə insan çənəsində birbaşa yeni dişlərin yetişdirilməsi yollarını araşdırır və ümid edirlər ki, növbəti 10 il ərzində itirilmiş dişlərin yerində tam canlı insan dişləri yetişdirmək mümkün olacaq.
"Ən yaxşısı öz dişlərinizi qorumaqdır. Amma əgər bir şey olarsa, insanlara bioloji əvəzləyicilər təklif etmək istəyirik", - deyə o, sözlərini yekunlaşdırıb.(oxu.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar