Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bel ağrısını müalicə etmək üçün QEYRİ-ADİ ÜSUL TAPILDI

Tarix: 25-04-2025 09:09     Baxış: 3110 A- / A+
Bel ağrısını müalicə etmək üçün QEYRİ-ADİ ÜSUL TAPILDI
McGill Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış “zombi hüceyrələrini” bədəndən çıxarmaqla xroniki bel ağrısının əsas səbəbi aradan qaldırıla bilər.
Manevr.az xəbər verir ki, araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Tez-tez "zombi hüceyrələri" olaraq adlandırılan qocalmış hüceyrələr, toxuma yaşlandıqca və zədələndikcə onurğa disklərində toplanır. Bədənin bərpa qabiliyyətini yavaşlatır, həmçinin iltihab və ağrıya səbəb olurlar.
Elm adamları bel ağrısının əsas səbəbinin məhz qocalmış hüceyrələrin yığılması olduğunu bildiriblər. Bu fərziyyəni yoxlamaq üçün tədqiqatçılar qrupu siçanlara iki dərman yeridiblər: ortho-Vanillin adlı təbii birləşmə və xərçəng dərmanı RG-7112. Onlar həm birlikdə, həm də ayrı-ayrılıqda sınaqdan keçirilib.
Müalicənin səkkiz həftəsi ərzində dərmanlar gəmiricilərin onurğalarını "zombi hüceyrələri"ndən təmizləyib və onurğa disklərinin zədələnməsini yavaşladıb və ya hətta geri qaytarıb. Dərmanların hər biri faydalı təsir göstərib, lakin ən böyük təsir birlikdə istifadə edildikdə əldə edilib.
Alimlərin fikrincə, ortho-Vanillin az qala təsadüfən tədqiqata daxil edilib. Tədqiqatın müəllifləri bu təbii birləşmənin antiinflamatuar xüsusiyyətlərini qeyd ediblər və onun nəzərəçarpacaq terapevtik təsiri olub-olmadığını yoxlamaq qərarına gəliblər.
Gələcəkdə alimlər ortho-Vanillin orqanizmdə daha uzun müddət qalması üçün onun strukturunu təkmilləşdirməyi planlaşdırırlar. Alimlər bunun insanlar üçün təsirli olub-olmayacağını da öyrənmək istəyirlər. Tədqiqatçılar ortho-Vanillinin RG-7112 ilə birləşdirilməsinin artrit və ya osteoporoz kimi yaşa bağlı digər xəstəlikləri müalicə edə biləcəyini bildiriblər.(publika.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar