Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Suçiçəyi yayılır: valideynlər nə etməlidir? – Pediatr

Tarix: 19-04-2025 18:05     Baxış: 3118 A- / A+
Son günlərdə bağça və məktəblərdə suçiçəyinə yoluxma halları artıb. Hətta uşaqlar arasında suçiçəyinə ikinci dəfə yoluxma halları da müşahidə edilir.
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı axar.az-a danışan pediatr Aytən İsmayılova bildirib ki, hazırda suçiçəyinə ikinci dəfə yoluxma halları nadir halda müşahidə edilir.
“Ümumi yoluxanlar arasında yüksək hərarət və ağırlaşımış halda suçiçəyi xəstəliyi keçirən uşaqlar görmürəm. Yoluxanların 10 gün təcrid olunması kifayətdir. Həmçinin xüsusi dərman və vitaminlərə də ehtiyac yoxdur. Sadəcə xəstələrin allergiya və səpki yarada biləcək, mədə-bağırsaq qıcıqlandıran qızarmış, yağlı, turş, rəngli qidalar, hətta sitrus meyvələrindən uzaq olması məqsədəuyğundur. Bu hallarda ev şəraitində tez bir zamanda sağalmaq mümkündür. Ancaq yoluxanlar arasında yüksək hərarət, narahatedici öskürək, səpkilərdə irinləmə halları müşahidə olunursa, artıq ağırlaşmadır və antibiotikə ehtiyac yaranır. Yenə də hər bir halda vəziyyəti dəyərləndirmək üçün pediatra müraciət etmək lazımdır”, - o bildirib.
Pediatrın sözlərinə görə, suçiçəyinə yoluxan uşaqların nə vaxt çimə biləcəyi ilə bağlı suallar da yaranır:
“Nəzərinizə çatdırım ki, bu müddət “sakit dönəm” olaraq keçməlidir. Ona görə də səpkili bədəni sürtmək olmaz, amma duş qəbul edə bilərlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar