Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bu kişilərin oğlu olmur

Tarix: 18-04-2025 20:37     Baxış: 395 A- / A+

Körpənin cinsiyyəti ana bətnində mayalanma zamanı müəyyən olunur və bu, tamamilə atanın spermatozoidindəki xromosomdan asılıdır. Qadının yumurta hüceyrəsində yalnız X xromosomu olur. Kişi isə həm X, həm də Y xromosom daşıyan spermatozoidlərə sahibdir. Əgər yumurta hüceyrəni Y xromosomlu spermatozoid mayalandırarsa, oğlan, X xromosomlu spermatozoid mayalandırarsa, qız uşağı dünyaya gəlir.
Manevr.az xəbər verir ki, elmi araşdırmalar sübut edir ki, Y xromosomlu spermatozoidlər daha kiçik və yüngül olduqları üçün daha sürətli hərəkət edirlər. Lakin bu sürət onlara uzun ömür vermir - ətraf mühitə qarşı daha həssasdırlar və əsasən turş mühitdə uzun müddət yaşaya bilmirlər. X xromosomlu spermatozoidlər isə daha davamlı və dözümlüdürlər.
Məhz bu xüsusiyyətlərə görə bəzi kişilər müəyyən həyat tərzinə və vərdişlərə görə oğlan övladı sahibi olmaqda çətinlik çəkə bilirlər. Məsələn, siqaret çəkmək, davamlı olaraq isti mühitdə işləmək, sıx alt paltar geyinmək, əsasən bitki mənşəli qidalarla qidalanmaq Y spermatozoidlərin sayını və gücünü azalda bilər. Nəticədə oğlan uşağı doğulma ehtimalı aşağı düşür.
Bundan başqa, cinsi əlaqənin vaxtı da rol oynayır. Əgər bu, ovulyasiyadan 2-4 gün əvvəl baş veribsə, turş mühit üstünlük təşkil etdiyindən Y spermatozoidlər tez tələf ola bilər və X-lar üstünlük qazanaraq qız övladına səbəb ola bilər. Həftədə bir dəfə və ya daha az cinsi əlaqə də eyakulyatda X xromosomlu spermatozoidlərin çoxalmasına səbəb olur.
Əksinə, ovulyasiya vaxtına yaxın və ya həmin gün baş verən əlaqələrdə Y xromosomlu spermatozoidlər daha sürətli hərəkət etdiklərindən, onların yumurtaya çatma ehtimalı yüksəlir. Əgər qadın cinsi əlaqə zamanı orqazm yaşayırsa, uşaqlıq yolunun pH səviyyəsi qələviyə yaxınlaşır ki, bu da Y spermalarının daha uzun yaşamasına və oğlan ehtimalının artmasına səbəb olur. 
Beləliklə, oğlan və ya qız övladı sahibi olmaq bəzən həyat tərzindən, cinsi münasibətlərin tezliyindən və vaxtından da asılı ola bilər.milli.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar