Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ən təhlükəli qulaqlıq növü açıqlandı

Tarix: 18-04-2025 10:49     Baxış: 3115 A- / A+

Birbaşa qulaq kanalına yerləşdirilən kanaldaxili qulaqcıqlar, qulaq pərdəsinə daha yaxın olur.
Manevr.az-ın xəbərinə görə, bu da həkimlərin fikrincə, eşitmə orqanlarına zərər vermə riskini artırır.
"Qulaqcıq növü eşitmə qabiliyyətinin qorunmasında mühüm rol oynayır. Birbaşa qulaq kanalına yerləşdirilən modellər qulaq pərdəsinə daha yaxın yerləşir və bu da zədələnmə riskini artırır. Qulağın üstünə taxılan və ya tam qulaqlı (over-ear) modellər isə daha təhlükəsiz sayılır, çünki onlar qulaqlara daha az təzyiq göstərir," - həkim bildirib.
Həkimin sözlərinə görə, səsboğucu funksiyası olan qulaqcıqlar seçmək daha məqsədəuyğundur.
"Aktiv səsboğma funksiyalı qulaqcıqlar musiqini səsli mühitdə dinləyənlər üçün ideal seçimdir. Onlar xarici səsləri bloklayır və istifadəçiyə musiqidən rahat səviyyədə, yüksək səsə ehtiyac olmadan zövq almağa imkan verir. Xatırladıram: musiqini gündəlik 60 dəqiqədən artıq olmayan bir müddətdə, 60% səs səviyyəsində dinləmək, ardından isə 5-10 dəqiqə fasilə vermək məsləhətdir," - mütəxəssis əlavə edib.
Bu əlamətlərə diqqət edin
Həkim xəbərdarlıq edir: əgər musiqi dinlədikdən sonra qulaqda zəng səsləri və ya uğultu hiss edirsinizsə, bu, səsin çox yüksək olduğunu göstərə bilər. Eləcə də nitqi və digər səsləri ayırd etməkdə çətinlik yaranırsa, bu, eşitmə qabiliyyətində zədələnmənin əlaməti ola bilər və belə halda dərhal həkimə müraciət etmək vacibdir.
Tövsiyələr
Musiqini çox səs-küylü mühitdə dinləməkdən çəkinin, çünki bu zaman səsi artırmaq məcburiyyətində qalırsınız. Eşitmə yoxlamasını mütəmadi olaraq mütəxəssisə etdirin - xüsusilə qulaqcıqlardan tez-tez istifadə edirsinizsə. Səs səviyyəsini və dinləmə müddətini nəzarətdə saxlamaq üçün xüsusi mobil tətbiqlərdən istifadə edin.
Qeyd: Bu məqalə informativ xarakter daşıyır və tibbi məsləhət sayılmır. Hər hansı qərar verməzdən əvvəl mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Əvvəllər psixoloqlar da qulaqcıqların gizli təhlükəsi barədə xəbərdarlıq etmişdilər. Onların fikrincə, bu cür cihazlardan həddindən artıq istifadə ünsiyyətin azalmasına və sosial təcridə səbəb ola bilər.lent.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar