Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yataqda telefona baxanların NƏZƏRİNƏ

Tarix: 16-04-2025 20:54     Baxış: 3131 A- / A+


Norveçdə 45 mindən çox universitet tələbəsi ilə aparılan kütləvi araşdırma yuxu pozğunluğunun birbaşa ekran vaxtı ilə əlaqəli olduğunu ortaya qoyub. 
Manevr.az milli.az-a istinadən xəbər verir ki, texnologiya həyatımızın əvəzsiz bir hissəsinə çevrilsə də, yuxu sağlamlığına gəldikdə rəqəmsal detoks hər zamankindən daha vacibdir.
Norveç Xalq Sağlamlığı İnstitutunun apardığı və "Frontiers in Psychology" jurnalında dərc edilən araşdırmaya görə, xüsusilə 18-28 yaş arası fərdlər arasında yatmazdan əvvəl ekranlara sərf olunan vaxt artdıqca yuxusuzluq və yuxu keyfiyyəti pozğunluqları da artır.
Araşdırmada 2022-ci ildə 45 mindən çox şagirdin cavablandırdığı anketlər araşdırılıb.
Araşdırmaya görə, yataqda ekran qarşısında keçirilən hər saat yuxusuzluq riskini yüzdə 63 artırır, eyni zamanda gecədə ortalama 24 dəqiqə daha az yuxu ilə əlaqələndirilir.
Tədqiqat ekranların yuxusuzluğun birbaşa səbəbi olduğunu qəti şəkildə söyləyə bilməsə də, yüksək korrelyasiya səviyyəsini ortaya qoyur.Araşdırmada vurğulanan digər bir məqam isə yuxusuzluqdan əziyyət çəkən insanların rəqəmsal cihazlara daha çox müraciət edə bilmə ehtimalıdır.
Nəfəs alma məşqləri, kitab oxumaq, yüngül musiqi dinləmək kimi fəaliyyətlər yuxuya getməyi asanlaşdırır.
Otaq temperaturu, işıq səviyyəsi və yataq keyfiyyəti yuxu keyfiyyətində həlledici rol oynayır.

Xüsusilə yatmazdan 2-3 saat əvvəl istehlak edilən qəhvə, çay və yağlı qidalar yuxuya getməyi çətinləşdirə bilər.
Gün ərzində yüngül idman etmək gecə daha tez yuxuya getməyinizə kömək edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar