Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Canan Karatay qaya duzunun gizli sirrini açdı

Tarix: 15-04-2025 09:08     Baxış: 496 A- / A+

Sağlam həyatla bağlı verdiyi açıqlamalarla tez-tez gündəmə gələn Prof. Dr. Canan Karatay bu dəfə təbii qaya duzunun faydalarına diqqət çəkib. Onun sözlərinə görə, tərkibində zəngin minerallar olan bu duz növü, emal olunmuş süfrə duzundan tamamilə fərqlənir və düzgün şəkildə istifadə edildikdə insan sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.
Prof. Dr. Karatay qaya duzundan maksimum fayda əldə etmək üçün bu dörd tətbiq üsulunu tövsiyə edir:
Qaya duzunun 4 qızıl istifadəsi
Qida istifadəsində: Emal olunmuş duz əvəzinə, yeməklərdə və içkilərdə az miqdarda, təbii qaya duzundan istifadə etmək orqanizmin ehtiyac duyduğu mineralların alınmasını təmin edir.
Boğaz və ağız sağlamlığı üçün qarqara: Qaya duzu ilə hazırlanan duzlu su qarqarası boğaz ağrısını azaldır, diş ətlərini gücləndirir və ağız boşluğunda antiseptik təsir göstərir.
Ayaq vannası: İlıq su ilə qarışdırılan qaya duzu yorğunluğu aradan qaldırır, ödemi azaldır və qan dövranını yaxşılaşdırır.
Tənəffüs yolları üçün duz otağı: Qaya duzunun istifadə olunduğu duz otaqları nəfəs yollarını təmizləyərək immuniteti gücləndirir. Bu üsul bəzi ölkələrdə alternativ terapiya kimi geniş tətbiq olunur.
Qaya duzunun sağlamlığa möcüzəvi təsirləri
Canan Karatay qeyd edir ki, qaya duzu təkcə yeməklərə ləzzət qatmaqla kifayətlənmir, həm də müxtəlif sağlamlıq problemlərinin qarşısını almağa kömək edir:
Beyin funksiyalarını dəstəkləyir: Konsentrasiya çətinliyi və unutqanlıq kimi problemlərin qarşısını almağa kömək edir, beyin funksiyalarını stimullaşdırır.
Əzələləri qoruyur: Əzələ daralmalarının qarşısını alır. Xüsusilə idmançılar və aktiv həyat tərzi sürənlər üçün faydalıdır.
İmmuniteti gücləndirir: Toksinlərin bədəndən xaric olunmasına kömək edir, orqanizmin müqavimətini artırır və xəstəliklərə qarşı qoruyucu rol oynayır.
Həzm sisteminə faydalıdır: Mədə turşusunu tarazlaşdırır, həzmi asanlaşdırır və mədə pozğunluqlarının qarşısını almağa kömək edir./e-saglam.az 

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar