Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Təzyiqi azaldan və ömrü uzatmağa kömək edən SALAT

Tarix: 08-04-2025 21:13     Baxış: 4195 A- / A+


Təzyiqi  azaldan və ömrü uzatmağa   kömək edən SALAT
Cəmi iki inqrediyentdən ibarət olan bu salat sağlamlığınızı möhkəmləndirməyə və ömrünüzü uzatmağa kömək edə bilər.
Amerikalı alimlər, qan təzyiqini azaltmağa və xolesterin səviyyəsini nəzarətdə saxlamağa kömək edən sadə və effektiv məhsul birləşməsi müəyyən ediblər. Bu birləşmə cəmi iki inqrediyentdən ibarətdir - sarımsaq və xiyar. Bu salatı dadlandırmaq üçün bir az duz və zeytun yağı əlavə etmək kifayətdir.
Manevr.az bu resepti təqdim edir:
Amerika Ürək Assosiasiyasının məlumatına görə, dünya üzrə milyonlarla insan yüksək qan təzyiqi problemi ilə üzləşir. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətlə mübarizənin əsas yollarından biri düzgün və balanslı qidalanmadır. Araşdırmalar göstərib ki, xiyar və sarımsaq qan-damar sisteminə müsbət təsir edir.
Xiyar nə üçün faydalıdır?
Xiyar kalium və qida lifləri ilə zəngindir. Kalium qandakı natrium səviyyəsini balansda saxlayır və bu da damarların içərisində lövhələrin (ateroskleroz) yığılmasının qarşısını alır. Eyni zamanda, xiyarın tərkibindəki liflər xolesterin səviyyəsinin normallaşmasına və təzyiqin sabitləşməsinə kömək edir.
Sarımsağın faydası nədir?
Sarımsaq təzyiqin və xolesterin səviyyəsinin tənzimlənməsində tanınır. Onun tərkibində olan allisin adlı maddə qan damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır. Bu isə ürək-damar xəstəlikləri riskini azaldır. Bundan əvvəl də bildirilib ki, alimlər təhsil səviyyəsi ilə psixi sağlamlıq arasında əlaqə olduğunu müəyyən ediblər. Tədqiqatlara görə, yüksək təhsil səviyyəsi daha yaxşı psixoemosional vəziyyətlə əlaqəli ola bilər, lakin bunun dəqiq səbəbləri hələ də tam aydın deyil. Həmçinin, həkim və televiziya aparıcısı Yevgeni Komarovski orqanizmdə su balansının qorunmasının vacibliyini xatırladıb. İnsan orqanizminin 60 faizi sudan ibarət olduğu üçün onun çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Eyni zamanda, dietoloqlar çəkinin azaldılması üçün məhsulların düzgün birləşməsi ilə bağlı tövsiyələrini bölüşüblər. Düzgün kombinasiya orqanizmi doyurmaqla yanaşı, maddələr mübadiləsini də sürətləndirir, bu da bədənin formada qalmasına kömək edir.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar