Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Əsəbiləşən zaman "Valerian" və "Korvalol" içmək təhlükəlidir

Tarix: 26-03-2025 08:58     Baxış: 4144 A- / A+
Əsəbiləşən zaman "Valerian" və "Korvalol" içmək təhlükəlidir
Bir çox insanlar narahatlıqları və stresi aradan qaldırmaq məqsədilə dərmanların dozasını aşaraq istifadə edirlər.
Manevr.az xəbər verir ki, xüsusilə sakitləşdirici təsirə malik dərmanlar, məsələn, "Valerian" və "Korvalol" bu cür hallarda tez-tez istifadə olunur. Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, dərmanların tövsiyə olunan dozasını artırmaq ciddi sağlamlıq problemlərinə, hətta infarkta belə səbəb ola bilər.
Farmakoloq Aleksander Ediqer bu mövzu ilə bağlı narahatlığını bildirib və belə dərmanların artıq qəbulunun ciddi təhlükə yaratdığını vurğulayıb. Məsələn, əsəbiliyi azaltmaq məqsədilə "Valerian" dərmanından 40 damcı içmək məsləhət görülsə də, bu, tibbi təlimatlarla tamamilə ziddiyyət təşkil edir. Rəsmi tövsiyələrə görə, bir stəkan suya yalnız 20-30 damcı bu dərmandan əlavə etmək kifayətdir.
Eyni zamanda bəzi xəstələr "Korvalol"u da çox dozada qəbul edirlər. Güclü emosional stres anlarında dərmanın yarım şüşəsini içmək təcrübəsi yayılıb, lakin bu da ciddi nəticələrə yol aça bilər. Mütəxəssislər bu cür yanlış istifadənin sağlamlıq üçün təhlükəli olduğunu bildirir və tövsiyə olunan dozanı aşmağın qəbuledilməz olduğunu xüsusilə vurğulayırlar.
Bu səbəbdən dərmanları yalnız həkim tövsiyəsinə əsasən və düzgün dozada qəbul etmək çox vacibdir.milli.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar