Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Danışıq qabiliyyətini itirmiş xəstələr üçün yeni texnologiya

Tarix: 24-03-2025 09:01     Baxış: 4206 A- / A+
Danışıq qabiliyyətini itirmiş xəstələr üçün yeni texnologiya
Çin alimləri danışıq qabiliyyətini itirmiş xəstələr üçün beyin-maşın interfeysi (BMI) əsasında yeni texnologiya hazırlayıblar.
Manevr.az xəbər verir ki, Çin Beyin Tədqiqatları İnstitutu, Pekin Paytaxt Tibb Universiteti və "NeuCyber NeuroTech" şirkətinin birgə inkişaf etdirdiyi sistem beyin transplantasiyası xəstələrinin beyninə inteqrasiya edilib və uğurlu nəticələr əldə olunub. Bu texnologiya iflic olan xəstələrə kompüterləri və robot qollarını idarə etmək imkanı da verir.
Yeni "NeuCyber Matrix BMI System" adlı sistem ALS və afaziya kimi nevroloji xəstəliklər səbəbindən danışmaq qabiliyyətini itirmiş bir xəstəyə tətbiq edilib. Martın 14-də başlayan məşqlər zamanı xəstənin dil anlama bacarıqlarında sürətli inkişaf qeydə alınıb. İlk üç saatda anlama nisbəti 34% olduğu halda, zamanla bu göstərici 52%-ə yüksəlib.

Tədqiqatçılar bildirirlər ki, bu inqilabi texnologiya gələcəkdə epilepsiya, iflic, onurğa beyni zədələri və digər nevroloji xəstəliklər üçün klinik tətbiqlərdə də istifadə edilə bilər. Beyin-maşın interfeysinin sinir sistemi xəstəlikləri ilə mübarizədə böyük potensiala malik olduğu vurğulanaraq, daha geniş istifadəsi üçün araşdırmalar davam etdiriləcək.(E-saglam.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar