Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bu yaşda ana olan qadınların 90 yaşına qədər yaşama ehtimalı daha yüksəkdir - ARAŞDIRMA

Tarix: 21-03-2025 11:12     Baxış: 3117 A- / A+
Bostondakı Universitet Tibb Məktəbinin Menopause jurnalında yayımlanan araşdırmasına görə, 33 yaşdan sonra ana olan qadınlar son övladını 29 yaşına qədər dünyaya gətirən qadınlarla müqayisədə 90 yaş və daha çox yaşama ehtimalına malikdir.

Manevr.az-ın məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, təbiətən daha gec yaşda ana olmaq qabiliyyəti insan orqanizminin daha yavaş qocalmasının göstəricisidir. Lakin alimlər vurğulayır ki, süni şəkildə hamiləliyin gecikdirilməsi uzunömürlülüyə təsir göstərmir.

Araşdırmanın həmmüəllifi, Boston Universitetinin biostatistika professoru Paola Sebastiani bildirib: "Əgər siz qəsdən uşaq doğmağı gecikdirsəniz, bu, uzunömürlü olmağınıza kömək etməyəcək".

Sebastiani və komandası "Long Life Family Study" adlı elmi tədqiqatın məlumatlarını təhlil ediblər. Bu araşdırmada uzunömürlülüklə seçilən 551 ailə iştirak edib. Tədqiqatçılar 462 qadının son övladını hansı yaşda dünyaya gətirdiyini və onların neçə il yaşadığını araşdırıblar.

Nəticələrə əsasən:

* Daha gec yaşda ana olan qadınların ömrü daha uzun olub.
* Onların 95 yaş və daha çox yaşama ehtimalı iki dəfə yüksəkdir.

Alimlərin fikrincə, daha gec yaşda ana olan qadınlarda qocalma prosesini yavaşladan və məhsuldarlığa təsir edən yaşla bağlı xəstəliklərin riskini azaldan genetik xüsusiyyətlər ola bilər.

Bu genetik xüsusiyyətlər, həmin qadınların uzun müddət uşaq doğmaq imkanına malik olmasını təmin edir və bu da onların bu genləri gələcək nəsillərə ötürmək şansını artırır.

Araşdırmanın digər müəllifi, doktor Tomas Perlz qeyd edib: "Bu tapıntılar, 100 yaş və daha çox yaşayanların 85%-nin qadın, lakin cəmi 15%-nin kişi olmasının səbəbini başa düşmək üçün açar ola bilər".qaynarinfo



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar