Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 500 nəfər böyrək gözləyir

Tarix: 15-03-2025 11:40     Baxış: 4141 A- / A+
 
Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsində 32 adda dərman vasitələri, 3 adda peritoneal dializ məhlulu dializ məsrəfləri, tibbi sərfiyyat və tibbi ləvazimat malları satın alınıb. 2024-cü ildə ölkə üzrə xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrində 4035 xəstə qeydiyyatda olub. Ümumilikdə, respublika üzrə 54 hemodializ mərkəzi fəaliyyət göstərib ki, onlardan 11-i Bakı şəhərində, 35-i regionlarda, 8 mərkəz isə Naxçıvan Muxtar Respublikasında yerləşir. Mərkəzlərdə yerləşdirilən ümumi işlək hemodializ aparatlarının sayı 723 ədəd təşkil edir.
Manevr.az xəbər verir ki, modern.az Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı vəziyyəti öyrənmək üçün Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, böyrək köçürülməsi üçün gözləmə siyahısında qeydiyyata alınmış 500-dən çox xəstə var. Lakin ölkədə 4 minə yaxın vətəndaş dializ müalicəsi alır. Onların yaxın qohum donoru olmadığı üçün və meyit donora ümidləri olmadığından gözləmə siyahısına daxil olmayıblar.
Bildirilib ki, eyni zamanda, təxminən 500 nəfər sümük iliyi, 100 nəfər isə qaraciyər transplantasiyası üçün qeydiyyatdadır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar