Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlərdən qorxulu XƏBƏRDARLIQ: "Gazlı və şəkərli içkilər xərçəng yaradır"

Tarix: 14-03-2025 12:36     Baxış: 4104 A- / A+
Alimlər şok edici bir araşdırma ortaya çıxarıb.
Gündə yalnız bir qutu şəkərlə zəngin qazlı içki içmək ağız xərçəngi riskini beş dəfə artıra bilər.

Manevr.az
xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı elm adamları 160 mindən çox qadının məlumatlarını araşdıraraq, tez-tez şəkərlə şirinləşdirilmiş içkilər içənlərin ayda bir dəfədən az içənlərlə müqayisədə xəstəliyin inkişaf riskinin daha yüksək olduğunu müəyyən ediblər.

Tədqiqatçılar qeyd ediblər ki, bu nəticə son illərdə, xüsusən də qadınlar arasında qeydə alınan izah olunmayan ağız xərçəngi hallarının artmasını qismən izah edə bilər. Bununla belə, onlar qəti nəticələrə gəlməzdən əvvəl daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıblar.
Hesabat əlavə edib ki, bu tapıntılar siyasətçiləri müasir pəhrizlərdə şəkər istehlakını azaltmağa təşviq etməlidir.
Araşdırmada qadınların istehlak etdiyi qazlı içkilərin, limonadların və buzlu çayların marka adları dəqiqləşdirilməyib.

Elm adamları içkilərin şəkər tərkibini birbaşa ölçə bilməyiblər, bunun əvəzinə dörd ildən bir keçirilən sorğularda qadınların ayda nə qədər içki içdiklərini bildirməsinə etibar etdilər.

Tədqiqatçılar bu içkinin istehlakını ağız xərçəngi diaqnozu ilə müqayisə edərək, 30 illik tədqiqat dövründə 124 hadisəni qeyd ediblər.

Nəticədə alimlər gündə bir və ya daha çox şəkərli içki qəbul etdiyini bildirən qadınların ayda birdən az içənlərlə müqayisədə ağız xərçənginə tutulma ehtimalının 4,87 dəfə çox olduğunu müəyyən ediblər.

Nigar

Manevr.az
 






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar