Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

İmsakda yeməməyin bədənə nə kimi zərərləri var? - AÇIQLAMA

Tarix: 11-03-2025 22:12     Baxış: 3125 A- / A+


İmsakda qida qəbul etməmək orqanizmə bir sıra mənfi təsirlər göstərə bilər.
Manevr.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Tibb Universiteti Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli deyib.
Onun sözlərinə görə, imsak yeməyi gün boyu bədənə enerji vermək, aclığı gecikdirmək və maddələr mübadiləsini qorumaq üçün vacibdir.
“İmsakdan imtina etməyin mənfi təsirləri sonuncu qida qəbulundan etibarən aclıq müddətinin uzanmasıdır. Bu isə qan şəkərinin düşməsinə, yorğunluğa və halsızlığa səbəb olur. Xüsusilə çox fiziki və ya zehni aktivlik tələb edən işlərdə çalışan insanlar üçün diqqəti azalda bilər. Uzun müddət ac qalmaq maddələr mübadiləsini yavaşladır. Qida qəbul edilmədikdə bədən enerji üçün əzələ toxumasını parçalamağa başlayır. Xüsusilə yetərli protein almadıqda əzələ itkisi sürətlənir. Vitamin və mineralların kifayət qədər qəbul edilməməsi zəiflik, baş gicəllənməsi, diqqət dağınıqlığı və immun sisteminin zəifləməsi kimi problemlərə səbəb olur. İmsakda maye qəbul edilmədikdə gün ərzində dehidrasiya -yəni bədənin susuz qalması riski artır. Bu isə susuzluğa, baş ağrısına, diqqət dağınıqlığına və qan təzyiqinin düşməsinə səbəb ola bilər”.
O həmçinin əlavə edib ki, imsak etmədən oruc tutmaq mümkündür, lakin bu, həzm sisteminə, enerji səviyyəsinə və ümumi sağlamlığa mənfi təsir edə bilər:
“Bunun nəticəsi müəyyən vaxt keçdikdən sonra həmin insanın səhhətində hər hansı bir pozğunluğun yaranması ilə özünü büruzə verər. Ona görə də imsak zamanı yüngül də olsa qida qəbul etmək məsləhətdir. Əgər bir şəxs imsak yeməyi yeyə bilmirsə, ən azından – susuzluğun qarşısını almaq üçün su içməsi vacibdir. Yüngül, amma doyumlu qidalar – ən azından bir neçə qoz, badam, xurma qəbul etmək orqanizmi gücləndirə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar