Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Qoxuların insan beyninə təsiri: Nevroloqdan maraqlı açıqlama

Tarix: 09-03-2025 09:38     Baxış: 3118 A- / A+

Rusiyalı nevroloq Qalina Çudinskaya "İzvestiya"ya müsahibəsində qoxuların insan həyatında göründüyündən daha böyük bir rola malik olduğunu bildirib.

Manevr.az xəbər verir ki, onun sözlərinə görə, qoxular əhvali-ruhiyyə, konsentrasiya, yaddaş və hətta əmək qabiliyyəti üzərində mühüm təsir göstərir.

Mütəxəssisin fikrincə, müxtəlif qoxular müxtəlif təsirlər yaradır. Məsələn, limon, rozmarin, nanə, reyhan, adaçayı və evkalipt kimi qoxular konsentrasiyanı artırır və zehni fəaliyyəti stimullaşdırır. Əksinə, kəklikotu, lavanda və melisa kimi aromatlar stressin səviyyəsini azaldır və rahatlaşmağa kömək edir.

Çudinskaya 2017-ci ildə Cənubi Federal Universitetində aparılan bir araşdırmanın nəticələrini də xatırladıb. Araşdırma portağal efir yağının qoxusunun qısamüddətli vizual yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bildiyini göstərib.

Nevroloq əlavə edib ki, məktəblilər və tələbələr üçün sinif otaqlarında stimullaşdırıcı qoxuların, məsələn, sitrus və ya nanə qoxularının istifadəsi mənimsəməni yaxşılaşdıra bilər. Eyni zamanda, istirahət yerlərində sakit atmosfer yaratmaq üçün rahatlaşdırıcı aromatlardan istifadə etmək daha uyğun olardı.

O, həmçinin qeyd edib ki, qoxu qabiliyyətinin itməsi ‒ anosmiya yalnız fiziki narahatlığa səbəb olmur, həm də ciddi stressə yol açır.milli.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar