Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni Klinikada ilk dəfə böyrək köçürülməsi əməliyyatı icra olundu

Tarix: 05-03-2025 12:59     Baxış: 4134 A- / A+
Yeni Klinikada ilk dəfə icbari tibbi sığorta təminatı ilə canlıdan-canlıya böyrək transplantasiyası əməliyyatı icra olunub.
Manevr.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı şəxsə 59 yaşlı atasından böyrək köçürülməsi əməliyyatı icra edilib. Laparoskopik (qapalı) üsulla baş tutan donorun əməliyyatı və böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Hazırda resipiyentin stasionar müalicəsi həkim nefroloqlar Cəbrayıl Cəbrayılov və Nərmin Ömərlinin təqibi ilə davam etdirilir. Pasiyentin yaxın günlərdə evə yazılması planlaşdırılır. Donor olan şəxs isə artıq ambulator müalicə üçün evə buraxılıb.
Əməliyyat tibb müəssisənin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, eyni zamanda ümumi cərrah Lalə İsmayılova, ümumi cərrah Günay Allahverdiyeva və anestezioloq Mayıl Sədiyevin iştirakı ilə icra olunub.
Qeyd edək ki, Yeni Klinika Nazirlər Kabinetinin müvafiq qərarı ilə donor orqanların (qaraciyər, böyrəklər) götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısına daxil edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar