Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ağızdakı bakteriyalar bu xəstəliyin xəbərçisi ola bilər - Araşdırma

Tarix: 04-03-2025 09:06     Baxış: 4108 A- / A+
Ağızdakı bakteriyalar bu xəstəliyin xəbərçisi ola bilər - Yeni araşdırma
Ağızda olan bəzi bakteriyalar insan beyninin inkişafına müsbət təsir etsə də, bəziləri Altsheymer və digər problemlər yarada bilər. 
İngiltərənin “Exeter” Universitetinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, ağızdakı bəzi bakteriyalar yaddaşı və diqqəti gücləndirir. Lakin bəzi bakteriyalar var ki, onlar Altsheymer və digər xəstəliklər yaratmaq qabiliyyətinə sahibdir. 

Manevr.az sfera.az-a istinadən xəbər verir ki, həmin bakteriyalar vasitəsilə Altsheymer riskini erkən mərhələdə müəyyən etmək olar. Tədqiqat qrupunun rəhbəri bildirib ki, problem yaranmazdan əvvəl və ya həkimə getməyi düşünməmişdən əvvəl ağızdakı bakteriyalar vasitəsilə Altsheimer geninizin olub-olmadığını təxmin etmək imkanı var. 
Araşdırmada yaşı 50-dən yuxarı olan 115 könüllü iştirak edib. Onlar bilişsel testlərdən keçib və ağız qarqaralarından nümunələr təqdim ediblər. Alimlər iki qrup müəyyən ediblər: beyin funksiyaları normal olanlar və orta dərəcədə koqnitiv problemləri olanlar. Tədqiqatçılar müəyyən ediblər ki, ağızlarında Neisseria və Hemofil bakteriyalarının yüksək səviyyədə olduğu şəxslər daha yaxşı yaddaş və diqqət qabiliyyətinə malikdirlər. Əksinə, Porpyromonas bakteriyasına sahib insanlarda yaddaş problemləri daha çox müşahidə olunub. Həmçinin, Altsheimer riski daşıyan fərdlərdə Prevotella bakteriyası daha çox rast gəlinib. 
Alimlər ağızda olan bakteriyalarla bağlı tədqiqatın böyük bir elmi kəşf olduğunu vurğulıblar. Onların fikrincə, ağızdakı bakteriyalar beyin funksiyalarını dəstəkləyə və ya zəiflədə bilər. 
Tədqiqatın nəticəsi olaraq elm adamları nitratla zəngin yaşıl yarpaqlı tərəvəzlərin – ispanaq, rukkola, kahı və qırmızı çuğundurun daha çox istehlak edilməsini tövsiyə edir. Eyni zamanda, şəkərli və spirtli qidalardan uzaq durmağın vacibliyini qeyd olunub. 

Tədqiqat hələ ilkin mərhələdə olsa da, ağız sağlamlığının beyinə təsiri ilə bağlı yeni araşdırmalar aparılacağı gözlənilir. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar