Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Qadının xoruldaması nə üçün təhlükəlidir?

Tarix: 08-02-2025 09:07     Baxış: 4164 A- / A+
Qadının xoruldaması nə üçün təhlükəlidir?
Kişilər kimi qadınlar da xoruldaya bilir və bu, müəyyən sağlıq problemlərindən xəbər verir.
Manevr.az xəbər verir ki, Münhen Universitetinin alimləri yuxuda xoruldamağa meylli olan həm kişilərin, həm də qadınların ürək və qan damarlarında problem yarana biləcəyini aşkar ediblər. Eyni zamanda, mütəxəssislər ürək üçün ən ciddi təhlükənin məhz qadın xoruldaması olduğunu açıqlayıblar.

Xorultu qan dövranı sisteminin mühərriki kimi çıxış edən ürəyin sol mədəciyinin ölçüsünün böyüməsinə səbəb olur. Bunun nəticəsində miokard daha gərgin işləməyə başlayır.
Başqa sözlə, ürək daha tez qocalır, tükənir. Alimlərin işi göstərib ki, xoruldayan qadınlarda ürək əzələsinin bu cür aşınması kişilərə nisbətən daha intensiv baş verir, yəni qadının ürəyi xoruldama səbəbindən zamanla daha tez sıradan çıxa bilir.
Alimlər 5000 insanın həyatını izlədikdən sonra xoruldamanın qadınlarda ürək sağlamlığı üçün ciddi təhlükə olduğunu təsdiqləyiblər.
“Biz aşkar etdik ki, xoruldayan və ya yuxu apnesi olan qadınların ürək xəstəliyi riski daha yüksək ola bilər”.
Tədqiqat müəllifləri qeyd ediblər ki, xoruldama səbəbindən onlarda mədəcik disfunksiyası riski artır: ürək qanı tam pompalaya bilmir, ağciyərlərdə və digər orqanlarda durğunluq yaranır.
Mütəmadi olaraq, xoruldayan insanlar kardioloq qəbuluna getməlidir.“medicina”



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar