Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bağırsaq yuyulmasından ölən Ceyhunun anası danışdı

Tarix: 29-01-2025 09:58     Baxış: 463 A- / A+

Yanvarın 21-i 37 yaşlı Ceyhun Süleymanov adlı şəxs müayinə olunmaq üçün özəl klinikalardan birinə gedib, lakin bir neçə saat sonra dünyasını dəyişib.
Manevr.az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun anası Afayət Süleymanovanın iddiasına görə, oğlu həkim səhlənkarlığının qurbanı olub:
"Oğlum mədə-bağırsağını müayinə etdirməyə "Stimul" klinikasına gedib. Təzyiqi aşağı olduğu üçün ona iynə aldırıb vurublar. Ceyhun narahatlığı olar deyə narkoz almaq istədiyini deyib. Həkim Ləman Xasıyeva isə narkoz verənin işdə olmadığını söyləyib, ona "Medlife" Hospitala getməyi tövsiyə edib. "Mən gəlib səni orada müayinə edərəm" deyib".
Daha sonra anası oğlu ilə telefonda danışıb. Həmin gün Ceyhun Süleymanov deyib ki, 4 dəfə bağırsağı yuyulub və özünü yaxşı hiss edir:
"Ondan sonra qaynımgilə xəbər gəlib, klinikaya gediblər. Xəstəxanada görüblər ki, oğlum otaqda uzanır, yanında heç kim yoxdur. Onunla gedən oğlan görüb ki, həkimlər qaçırlar. Nə olduğunu soruşanda deyiblər ki, ayılda bilmirik. Övladımın ciddi problemi yox idi, ancaq müayinəyə getmişdi".
Qeyd edək ki, hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar