Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda cinsiyyətini dəyişdirmək istəyənlər haralara üz tuturlar? - Məşhur plastik cərrahdan AÇIQLAMA

Tarix: 26-01-2025 16:57     Baxış: 4213 A- / A+
Dünyada cinsiyyət dəyişdirmə əməliyyatları müxtəlif səbəblərdən geniş müzakirə mövzusuna çevrilib. Bu əməliyyatlar bəzi ölkələrdə geniş yayılıb, digərlərində isə birmənalı qarşılanmır.

Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatları rəsmi şəkildə icra edilmir. Bu əməliyyatı istəyən bəzi şəxslər xarici ölkələrə üz tuturlar.
Manevr.az xəbər verir ki, modern.az mövzu ilə bağlı tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli ilə həmsöhbət olub.
Onun sözlərinə görə, Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatı qanuni olaraq həyata keçirilmir:
"Amma hermafrodit olaraq dünyaya gələn şəxslər var ki, onların genetik analizi aparılır və hansı cinsiyyətin xromosomlarını daşıyırsa, cinsiyyət orqanı ona uyğun formalaşdırılır. 12 yaşından sonra cinsiyyət tam formalaşmağa başlayır. Onda görürük ki, fərd uzun müddətdir qadın kimi yaşayıb, amma əslində kişidir. Həmin şəxslərdə yumurtalıqların qarının içində qalması müşahidə olunur. Bu zaman xromosomlar yoxlanılır, əgər cinsiyyətin əslində kişi olduğu aşkar olunarsa, onun öz cinsiyyəti qaytarılır".
Vaqif Qələndərli qeyd edib ki, qadın, yaxud kişi gəlib doğulduğu cinsiyyəti dəyişdirmək istəyirsə, bu, ölkəmizdə həyata keçirilmir:
"Bununla bağlı Azərbaycanda da bizə müraciətlər gəlir. Biz bu zaman həmin şəxsləri psixoloqa yönləndiririk. Çünki bu əməliyyatın edilməsi üçün qanuni baza yoxdur. Amma digər ölkələrdə, eləcə də Türkiyədə bu edilir. Mən indiyə qədər Azərbaycanda belə əməliyyat etməmişəm. Amma Türkiyədə işlədiyimiz dövrdə qanun çərçivəsində həyata keçirilirdi. Bu zaman psixoloqlar heyətinin mütləq rəyi olmalıdır. Hər kəs istədiyi kimi bunu edə bilmir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar