Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Həmin həkimin əri də işdən çıxdı - FOTO

Tarix: 24-01-2025 18:14     Baxış: 4150 A- / A+

İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın həyat yoldaşı, sözügedən klinikanın Ginekologiya və doğum şöbəsinin müdiri Əziz Rəfibəyov da işdən çıxıb.
Manevr.az xəbər verir ki, o, Sumqayıtdakı Real Tibb Mərkəzində Ginekologiya və doğum şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, Ə.Rəfibəyov 1972-ci il martın 13-də Qırğızıstanın Bişkek şəhərində anadan olub. 1989-cu ildə Qırğızıstan Dövlət Tibb Akademiyasına daxil olub. 1997-ci ildə ali məktəbi bitirib, iki il ərzində mamalıq və ginekologiya üzrə kliniki ordinatura keçib.
1999-cu ildə Azərbaycana gələrək, Sumqayıt şəhəri 2 saylı doğum evində mama-ginekoloq vəzifəsində çalışıb. 2000-ci ildə Qırğızıstan Dövlət Tibb Akademiyasının aspiranturasına daxil olub və 2003-cü ildə bitirib. "Xoşxassəli şişlərin yaranması və qadın reproduktiv sistemində hiperplastik proseslerə qalxanabənzər vəzin hipofunksiyasının təsiri" mövzusunda dissertasiya müdafiə edib və "tibb elmləri namizədi" adına layiq görülüb.
Bir müddət Bişkek şəhərində Respublika Doğum Evində mama-ginekoloq vəzifəsində çalışıb. 2014-cü ildə Bakıda sertifikasiya komissiyasından keçib.
Son illərdə Sumqayıt şəhərində "Real" Tibb Mərkəzində və Bakıda "Caspian International Hospital"da mama-ginekoloq vəzifəsində çalışıb. 2017-ci ildə Rusiyanın Kazan şəhərində ginekologiyada endoskopik cərrahiyyə kursu və Moskvada mamalıqda təxirəsalınmaz hallar mövzusunda kurs keçib. 20-yə yaxın elmi məqalənin müəllifidir.oxu.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar