Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xolesterolu aşağı salacaq ən yaxşı səhər yeməyi

Tarix: 21-01-2025 16:18     Baxış: 441 A- / A+


Xolesterolu  aşağı salacaq   ən yaxşı səhər yeməyi
Həftədə ən azı üç gün səhər yeməyi yemək ürəyiniz üçün faydalı ola və xolesterini aşağı sala bilər. 
Xarici medianın məlumatına görə, mütəxəssislər səhər yeməyini oyandıqdan sonrakı iki saat ərzində yeməyi tövsiyə edir.
Zülalla zəngin səhər yeməyi seçmək gün boyu sabit enerji səviyyənizi qorumağa kömək edir. Səhər yeməyində ən azı 15 qram protein, həmçinin bol lif olmalıdır. Dietoloqlar yulaf əzməsinin üzərinə qatıq tökməyi də məsləhət görürlər.

Çoxlu lif
“Sound Bites Nutrition” şirkətinin qurucusu Lisa Endrius deyir ki, yulaf beta-qlükan adlı xüsusi həll olunan lif növü ilə tanınır və araşdırmalar göstərir ki, xolesterolu əhəmiyyətli dərəcədə azalda bilər.
Qida və Dərman İdarəsi LDL xolesterolunu azaltmaq üçün gündəlik 3 qram beta-qlükan qəbul etməyi tövsiyə edir; bu miqdar təxminən ½ porsiya yulaf və ya ¾ porsiya quru yulaf əzməsinin tərkibində olur.
Bağırsaq sağlamlığı üçün probiyotiklər
Yulaf əzməsinə qatıq tökmək əlavə qida maddələri əldə etməyin asan yoludur.
"Qatıqda xolesterinin səviyyəsini və ürək xəstəliyi riskini azaldan probiotik bakteriyalar var", - Endrius deyir.
Zülal və sağlam yağlar
Yulafla yanaşı, az yağlı qatıq və az yağlı süd hər porsiyada 16 qram protein təmin edir və cəmi 2 qram doymuş yağ ehtiva edir. Pəhriz yağları toxluq üçün vacibdir, ona görə də yeməklərinizə bitki yağları, avokadolar, qoz-fındıq kimi ürək üçün faydalı doymamış yağları əlavə edin. 
Xolesterol səviyyəsini aşağı salmağa başqa nə kömək edir?
- gün ərzində balanslaşdırılmış yemək yeyin;
- əlavə şəkərin miqdarını məhdudlaşdırın;
- aktiv olun.lent.az

Manevr.az
 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar