Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda quş qripi aşkarlanıb? - AÇIQLAMA

Tarix: 06-01-2025 20:19     Baxış: 3144 A- / A+
 
Azərbaycanda quş qripi aşkarlanıb? - AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi xəstəliyinin qarşısının alınması üzrə ötən ilin 16-20 dekabr tarixlərində keçirdiyi epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.
 
Manevr.az-ın məlumatına görə, AQTA-dan bildirilib ki, vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 60 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.
 
Bundan əlavə, 27 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 270 baş, 20 rayonun (şəhər) 223 ailə təsərrüfatında isə ümumilikdə müxtəlif növ 685 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb.
 
Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa, eləcə də ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar