Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlərdən xəbərdarlıq: içdiyiniz sudan bütün bədəninizə yayılır - "2 qat artım var”

Tarix: 22-12-2024 20:20     Baxış: 3104 A- / A+
Alimlərdən xəbərdarlıq: içdiyiniz sudan bütün bədəninizə yayılır - "2 qat artım var”

Mütəxəssislər xəbərdarlıq edir ki, plastiklər gündəlik həyatın böyük bir hissəsində istifadə olunduğu üçün insanlar bilmədən hava, su və qida vasitəsilə bir çox mikroplastiklərə məruz qalırlar.
 
Manevr.az e-saglam.az-a istinadən xəbər verir ki, "Environmental Science & Technology" jurnalında dərc olunan araşdırma çərçivəsində elm adamları mikroplastiklərin həzm, tənəffüs və reproduktiv sistemlərə necə zərər verə biləcəyini öyrənmək üçün siçanlar və insanlar üzərində aparılan 1815 araşdırmanı araşdırıblar.
 
Gündəlik həyatın böyük bir hissəsində plastik istifadəsi səbəbiylə insanların bilmədən hava, su və qida yolu ilə bir çox mikroplastikaya məruz qaldığını vurğulayan elm adamları, mikroplastiklərin ağciyər və kolon xərçəngi ilə yanaşı bəzi reproduktiv problemlərlə əlaqəli olduğuna dair dəlillər tapdılar.
 
Elm adamları, 55 yaşın altındakı yetkinlərdə 10 il əvvələ nisbətən təxminən 2 dəfə daha çox rast gəlinən kolon xərçəngi nisbətinin artdığını və tütün məmulatlarından istifadə etməyən insanlarda ağciyər xərçəngi diaqnozu nisbətinin artdığını ifadə etdi. Belə ki, bu artım mikroplastiklərlə əlaqəli ola bilər.
İcmalda yer alan işlərin əksəriyyətinin laboratoriya mühitində tez-tez istifadə edilən bir mikroplastik növü ilə bağlı olduğunu ifadə edən elm adamları, mikroplastiklərin çox fərqli formaları olduğuna diqqət çəkdilər.
Tədqiqatçılar bildiriblər ki, insan sağlamlığına təsirini dəqiq müəyyən etmək üçün uzun müddət lazımdır.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar