Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bu tarixdən apteklərdən pulsuz dərmanları almaq mümkün olacaq

Tarix: 18-12-2024 09:41     Baxış: 4407 A- / A+
Apteklərdən pulsuz dərmanları bu tarixdən almaq mümkün olacaq
"Ambulator müalicə üçün dərmanlar icbari tibbi sığorta paketinə daxil ediləcək".
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
O əlavə edib ki, "Tibbi sığorta haqqında" qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib. Bu o deməkdir ki, ambulator müalicədə dərman təminatına ilin ikinci yarısı başlanılacaq.

Zaur Əliyev həmçinin Xidmətlər Zərfinin çeşidinin artırılması məsələsinə də toxunub. O bildirib ki, gələn il üçün icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin çeşidinin artırılması planlaşdırılır. Onun sözlərinə görə, siyahıda beyin və boyun anevrizmalarının endovaskulyar üsullarla aradan qaldırılması, Endovaskulyar lazer ablasiya, İntraabdominal venoz şuntlama və arteriovenoz fistulaların ləğvi, baş beyin biopsiyaları və kəllə sümüklərinə metal lövhələrin yerləşdirilməsi, sidik ifrazat sistemi və digər sahələrdə ventrikulyar şuntların tətbiqi və dəyişdirilməsi, gözün arxa kamerasından implantasiya materiallarının çıxarılması nəzərdə tutulur.

Zaur Əliyev həmçinin onkoloji xəstəliklərin diaqnostikada istifadə edilən Pozitron emissiya tomoqrafiyası xərclərinin Xidmətlər Zərfinə əlavə edilə biləcəyini diqqətə çatdırıb.

O qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar