"2024-cü il ərzində 300-dən çox müxtəlif orqan transplantasiya əməliyyatları icra olunub. Bunlar arasında böyrək və qaraciyər transplantasiya əməliyyatları üstünlük təşkil edir".
Manevr.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi (SN) Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova deyib.
Xəbər lenti
SN: Ölümündən sonra orqanlarını bağışlayanların sayı 3 dəfə artıb
O həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində ölümündən sonra orqanlarını bağışlamaq üçün xüsusi formanı doldurub qeydiyyatdan keçən şəxslərin sayı keçən illərə nisbətən 3 dəfə artıb.
Onun sözlərinə görə, yaxın gələcəkdə könüllü donor olmaq istəyən şəxslər mygov.az platforması üzərindən müraciət edə biləcəklər:
"Lakin hazırda bu prosesə dəstək olmaq və donor olmaq istəyənlər üçün qurumumuza məxsus odtkm.gov.az rəsmi internet səhifəsində xüsusi olaraq yaradılan "Donor ol" bölməsi fəaliyyət göstərir. Həmin bölmə vasitəsilə könüllü donor olmaq istəyən hər kəs sadə və rahat bir şəkildə müraciət edə bilər. Bu addım, cəmiyyətimizin sağlamlığı və humanizm prinsiplərinə əsaslanaraq, donor olmağı daha əlçatan etmək məqsədilə atılıb".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar