Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Astma xəstələrinə ŞAD XƏBƏR

Tarix: 28-11-2024 15:40     Baxış: 4107 A- / A+


Tədqiqatçılar astma tutmalarına qarşı inqilabi bir inyeksiya müalicəsi hazırladıqlarını elan ediblər.

Manevr.az BAKU.WS-ə istinadən xəbər verir ki, yeni metod hazırkı müalicə üsulları ilə müqayisədə xəstələrin həyat keyfiyyətində əhəmiyyətli irəliləyişləri təmin edir.
Bu müalicədə istifadə edilən inyeksiya, astma tutması zamanı və Xroniki Obstruktiv Ağciyər Xəstəliyində (KOAH) immun sisteminin bəzi hissələrinə təyziq göstərir.
Benralizumab adlı maddə hazırda ağır hallarda istifadə olunur, lakin son tədqiqat bu dərmanın astma tutmalarında rutin olaraq tətbiq edilə biləcəyini göstərir.
Kings College London-dan olan tədqiqatçılar bu dərmanın astma müalicəsində inqilabi rol oynaya biləcəyini bildiriblər.
Araşdırmada müəyyən edilib ki, bütün astma və KOAH tutmaları eyni şəkildə keçmir.
Maddə ağ qan hüceyrələrindən biri olan və iltihaba, həmçinin ağciyərlərdə zədələnməyə səbəb olan eozinofilləri hədəfə alır.
158 xəstə üzərində bu dərmanla araşdırma aparılıb.
Steroid istifadəsində 74% olan müalicə uğursuzluğu nisbəti yeni müalicədə 45%-ə enib.
Yeni metod tətbiq olunan xəstələrdə xəstəxanaya yerləşdirilmə və digər müalicələrə ehtiyac daha az olub, ölüm halları isə azalıb. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar